Page 192 - Islamic Studies 01
P. 192
İslam psixologiyası / (191
Təcrübə və sınaq metodları
İslam psixologiyasında təcrübə və sınaq metodundan da
istifadə edilir. Təcrübə və sınaq səbəb olur ki, fərdlər elmi
nəticələr arasında hökm daha dəqiq hökm çıxara bilsin.
1
Həzrət Əli (ə) buyurur: “İşin dəyəri təcrübə ilə ölçülür”.
Sınaq da mühüm bir məsələdir. Bu barədə Həzrət Əli (ə
2
buyurur: “Bir işi sınaqdan keçirməmiş, o işi görmə!”.
Təcrübə, elmi nəticələr barəsində doğru qərar vermək və
onlar arasında doğöru hökm çıxarmaq üçün mühüm bir
3
vasitədir. “Təcrübənin səmərəsi yaxşı seçimdir”.
Hər kəsin təcrübəsi çox olsa, daha az aldanar və hər kəsin
təcrübəsi az olsa, daha çox xəta edər. Təcrübə metodu İslam
psixologiyasının inkişafı üçün mühüm rol oynaya bilər.
Quranda təcrübə metodu öz təsdiqini tapmış bir metoddur.
Necəki, Allah təala buyurur: “(Ya Rəsulum!) Xatırla ki,
İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə
göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə)
inanmırsan?” –buyurmuşdu. (İbrahim:)“Bəli, inanıram,
lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, -
deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu:
“Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün)
onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə
qatandan) sonra hər dağın başına onlardan bir parça at,
sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah
4
yenilməz qüvvət, hikmət sahibidir!”.
1- Həmin. səh. 444
2- Həmin.
3- Həmin, səh. 416
- 4 Bəqərə, ayə 260