Page 191 - Islamic Studies 01
P. 191

,
               190) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               olduğunu  görmürlərmi?  Onlar  (Ad,  Səmud  tayfaları)
               bunlardan  daha  qüvvətli  idilər.  Onlar  (əkinçilik  məqsədilə)
               torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan
               daha  çox  abad  etmişdilər.  Peyğəmbərləri  onlara  açıq-aşkar
               möcüzələr  gətirmişdilər.  Allah  onlara  zülm  etmirdi,  onlar
                                                  1
               özləri özlərinə zülm edirdilər”.
               Müşahidə  metodunun  effektivliyini  nəzərə  alaraq  ondan

               başqalarının  rəftarını  öyrənmək  üçün  istifadə  etmək  olar.
               Həzrət  Əli  (ə)  buyurur:  Rəftarın  keyfiyyəti  ağlın
                                              2
               kəmiyyətindən xəbər verir.
               Bəzi  rəvayətlər  insanların  müsibət, qocalıq, işsizlik, kasıblıq,
               var-dövlətli  olmaq  kimi  vəziyyətlərə  düşdüyü  zaman  necə
               rəftar etdiyini müəyyənləşdirməyə dəvət edir.
               Buna görə də, rəftar insanı tnımağın yollarından biridir.
               Unutmamaq  lazımdır  ki,  iki  amil  vardır  ki,  müşahidə
               metodunu məhdudlaşdırır. Birinci amil, bu metodda öyrənilən
               mövzuların  özünün  müşahidə  edilə  bilinməsidir.  Müşahidə
               metodu  yalnız  obyektiv  mövzularda  istifadə  edilir.  Quran  və
               hədisdə də müşahidə metodunun yalnız obyektiv mövzularda
               istifadə edildiyini görürük. İkinci amil isə budur ki, müşahidə
               metodunun ümumi ümumi qaydalari əldə etmək üçün həmişə
               ağıla ehtiyacı vardır.
               Ümumi olaraq, İslam psixologiyası təcrübi psixoogiya ilə fərqi
               bundadır  ki,  İslami  psixologiya  məlumat  əldə  etmə
               mənbələrini sadəcə təcrübə və ya ağıl ilə məhdudlaşdırmamış,
               vəhy kimi mənbələri də mühüm mənbə kim təqdim etmişdir.










               1 Rum, ayə 9.
               2 Təmimi Amədi, Ğürərul-hikəm, səh. 153.
   186   187   188   189   190   191   192   193   194   195   196