Page 40 - Islamic Studies 01
P. 40

Səqəleyn hədisinin şiə və... / (39


               Əhli-Beyt  və  Əhli-sünnə  məzhəbləri  qardaşlarının  hədis  və
               təfsir alimləri bu geniş xütbənin tam və ya bəzi hissələrini öz
               kitablarında nəql etmişlər.
               Burada tanınmış təfsir alimi Şeyx Əbül-Fütuh Razinin nəqlini
               ixtisara  riayət  edərək  nəql  edirik:  “.....Həzrət  Peyğəmbər  (s)
               “Qədir-Xum” xütbəsində buyurdu:
               “Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Əgər onlara
               itaət  etsəniz,  heç  vaxt  yolunuzu  azmazsınız.  (Onlar)  Allahın
               kitabı və mənim Əhli-beytimdir.
               Xəbir (xəbərdar) və lətif olan Allah mənə xəbər vermişdir ki,
               onlar (Kövsər) hovuzunun kənarında mənimlə görüşənə qədər
               bir-birindən ayrılmayacaqlar.”
               Sonra  buyurdu:  “İlahi,  görəsən,  (öhdəmə  qoyulan  risaləti)
               çatdırdımmı?”
               Daha  sonra  əlavə  etdi:  “(Ey  camaat)!  Mən  sizin  üçün
               özünüzdən daha üstün deyiləmmi?”
               Onlar cavab verdilər: “Bəli”.
               Peyğəmbər (s) buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də
               onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmənçilik
               edənlə düşmən ol! İlahi ona kömək edənə kömək ol və ona öz
               köməyini əsirgəyəni zəlil et!”
               Sonra  bu  məsələni  xalqa  çatdırdığı  barədə  səhabələrdən
               şahidlik və etiraf alaraq buyurdu: “İlahi! Sən özün onlara şahid
                    1
               ol!”
               Beləliklə də, İslam dininin əziz peyğəmbəri (s) ilahi fərmana
               əsasən  “Qədir-Xum”  adlı  məkanda  Əli  ibn  Əbu  Talibi  (ə)
               özündən  sonra  fasiləsiz  olaraq  canişin  təyin  etmişdir.  Sonra
               səhabələrinə Əli ibn Əbu Taliblə (ə) özlərinin gələcək rəhbəri
               kimi beyət etmələri barədə fərman vermişdir.


               1.“Təfsiri-Əbül-Fütuh Razi”, c. 7, səh. 62-68
   35   36   37   38   39   40   41   42   43   44   45