Page 35 - Islamic Studies 01
P. 35

,
               34) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
                          Qurandan  ayrılar,  onlara  itaət  müsəlmanları
                          azğınlıqdan saxlamaz. Hədisdə qeyd olunduğu kimi,
                          Əhli-Beytə  (ə)  itaətlə  günahlardan  uzaqlaşmaq,
                          onların günahsız olduğuna başqa bir dəlildir.
                      4.  Daha  mühüm  məsələ  budur  ki,  Peyğəmbəri-Əkrəm
                          (s)-in  buyruğu  qiyamətə  qədər  bütün  müsəlmanlar
                          üçün nəzərdə tutulmuşdur: “ Bu iki əmanət “Kövsər”

                          hovuzunda  mənə  qovuşana  qədər,  heç  vaxt  bir-
                          birindən ayrılmayacaqlar.” Bu isə açıq-aşkar göstərir
                          ki, tarix boyu Əhli-Beytdən (ə) bir nəfər məsum və
                          günahsız  rəhbər  həmişə  həyatda  olacaqdır.  Qurani-
                          Kərim  həmişə  hidayət  çırağı  olduğu  kimi,  onlar  da
                          həmişə  hidayət  çıraqlarıdır.  Buna  görə  də  hər  bir
                          əsrin ilahi imam və rəhbərini tanımaq lazımdır.
                      5.  Bu  hədisdən  başa  düşülür  ki,  Əhli-Beytdən  (ə)
                          ayrılmaq,     yaxud      qabağa      keçmək      azğınlıqla
                          nəticələnir.  Heç  vaxt  bir  istəyi  onların  istəyindən
                          üstün tutmaq olmaz.
                      6.  Onlar  hamıdan  üstün  və  fəzilətli,  elmli  və
                          biliklidirlər.
               Bəli, bu incə həqiqətlər verilən hədisdən başa düşülür. Bütün
               bunları bütün məzhəblər və alimlər təsdiq etdikdən sonra, bu
               tapşırığa nə qədər əməl edildiyinə, Peyğəmbər (s)dən sonra bu
               iki əmanətlə necə davranıldığına nəzər yetirək.
   30   31   32   33   34   35   36   37   38   39   40