Page 37 - Islamic Studies 01
P. 37
,
36) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Həzrət Peyğəmbərin (s) hörmətli səhabələrindən biri olan İbn
Məsud deyib: “Mən Quranın qiraətini Əli ibn Əbu Talib (ə)
kimi bilən bir kəs görmədim.” 1
Əbu Bəkr Həzrəmi İmam Sadiqdən (ə) hədis edir ki, Həzrət
Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Ey Əli, Quran mənim
yatağımın kənarında səhifələrdə, ipək parça və kağız
üzərindədir. Quranı cəm edin və yəhudilər Tövratı məhv
2
etdikləri kimi siz də onu məhv etməyin!” Beləliklə, Həzrət
Əli ibn Əbu Talib (ə) Həzrət Peyğəmbərin (s) vəfatından sonra
Quranı cəm etməyi özünün ən mühüm vəzifəsi hesab edib bu
işi yerinə yetirdi.
Əhli-Beyt (ə) əmanəti
Qurani-Kərimdə buyurulur: “Allah siz Əhli-Beytdən hər bir
3
çirkinliyi təmizləmək və sizi tamamilə pak etmək istəyir!”
Bu ayə Peyğəmbəri-Əkrəmin (s) bərəkətli ömrünün sonunda
Ümmü Sələmənin evində ikən nazil olmuşdur. O zaman
Peyğəmbəri-Əkrəm (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə)
çağırıb, “Xeybər əbasını” onların üstünə ataraq belə demişdi:
“İlahi, bunlar mənim Əhli-Beytimdir!”. Bu zaman Ümmü
Sələmə “Ey Allahın Rəsulu! Mən də Əhli-Beytdənəmmi?”-
deyə soruşduqda, cavab verdi: “Sən mənim həyat yoldaşımsan
və yaxşılığa doğrusan. Onlar isə mənim Əhli-Beytimdir. İlahi,
Əhli-Beytim daha layiqdir!” Başqa bir rəvayətə görə, Ümmü
Sələmə deyir: “Ey Allahın Rəsulu! Mənim məqamım
haradadır?” Peyğəmbər (s) buyurdu: “Sən yaxşı qadınsan və
xeyrə doğrusan!”
“Təthir” ayəsində qeyd olunan “Əhli-Beyt” sözünü birbaşa
“Kisa” (əba) əhlinə aid edən hədislər “təvatür” həddini keçir.
1. Biharul-ənvar, c. 89, səh. 53
2. Biharul-ənvar, c. 89, səh. 48; Zəncani, Tarixul-Quran, səh. 44
3. Əhzab\33