Page 36 - Islamic Studies 01
P. 36
Səqəleyn hədisinin şiə və... / (35
Qurani-Kərim - qiymətli əmanət kimi
Qurani-kərim elə gözəl bir kəlamdır ki, təkrar-təkrar oxumaq
onun cəzzablığını azaltmır, maddi insanı mənəvi və əbədi
aləmə pərvazlandırır, ona pakizə həyatı göstərir. Həzrət
Peyğəmbər (s) buyurmuşdur: “Fitnələr sizi zülmət gecə tək
bürüdüyü zaman Qurana üz tutun. Çünki onun şəfaəti qəbul
olunur və bəndələrin əməlləri barədə verdiyi xəbərlər təsdiq
edilir. Hər kim Quranı özünə rəhbər etsə, Quran onu Cənnətə
yönəldər və hər kim Quranı arxaya atsa, Quran onu
Cəhənnəmə tərəf çəkər. O, bir bələdçidir ki, İnsanı ən yaxşı
yollara yönəldər... Quranın zahiri və batini vardır. Onun zahiri
cilvəli və gözəl, batini isə dərindir. Onun ulduzları,
ulduzlarinin da ulduzları vardır. Qəribəlikləri saya gəlmir və
köhnəlmir. Onda hidayət və hikmət çıraqları vardır...”
1
Həzrət Peyğəmbər (s) buyurub: “Fitnələr sizi zülmət gecə tək
2
bürüdüyü zaman Qurana üz tutun”
Yaxud buyurub: “Quranın başqa kəlamlardan üstünlüyü
3
Allahın məxluqatdan üstünlüyü kimidir” “Həqiqətən,
mən sizin aranızda iki böyük əmanət qoyuram: Allahın
4
kitabı və itrətim...”
Həzrət Peyğəmbərə (s) ilk iman gətirənlərdən biri olan,
ümumiyyətlə, hər sahədə öncül olan Əli ibn Əbu Talib (ə)
vəhy nazil olmağa başlayandan davamlı olaraq Həzrət
Peyğəmbər (s) üçün vəhyi kitabət etmiş, o həzrətin xüsusi
vəhy katiblərindən biri olmuşdur. Həzrət Peyğəmbər (s)
ömrünün son günlərində isə Quranı cəm etməyi tapşırdı.
1. Usuli kafi, c. 2, səh. 599; Biharul-ənvar, c. 89, səh.17, hədis: 16
2. Usuli-kafi, c. 2, səh. 599; Biharul-ənvar, c. 89, səh. 17; hədis: 16.
3. Ulumul-Quran indəl-mufəssirin, c. 1, səh. 70.
4. Əl-Burhan fi təfsiri-Quran, c. 1, səh. 9-14.