Page 39 - Islamic Studies 01
P. 39
,
38) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
qoruyub saxlayar. Və Allah heç vaxt (inadkar) kafir qövmü
1
hidayət etməz.”
Həmçinin, buyurur: “Bu gün kafirlər dininizdən (onu məhv
edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın,
Məndən qorxun! Bu gun dininizi sizin üçün kamil etdim, sizə
olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı
2
bəyənib seçdim.” Tarix və mötəbər hədislərin şahidliyinə
əsasən, əziz Peyğəmbərimiz (s) son həcc mərasimində olarkən
Cəbrayıl (ə) O həzrətə (s) nazil oldu və Əlini (ə) öz
canişinliyinə təyin etməsi barədə Allah-taalanın əmrini Ona
çatdırdı. Lakin İslam Peyğəmbəri (s) bu məsələnin onun bir
qrup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu
bilib, bu məsələni digər bir münasib vaxtda camaata elan
etməyi qərara aldı. Allah-taala “Təbliğ” (İndiki “Maidə”/67)
ayəsini nazil etməklə təkid etdi ki, əgər Peyğəmbər (s) bu
məsələni indi camaata elan etməsə, həqiqətdə öz ilahi
peyğəmbərlik vəzifəsini yerinə yetirməmişdir. Həmçinin,
Həzrət Peyğəmbərə (s) ürək-dirək verərək onu qarşıya çıxa
3
biləcək hər bir təhlükələrdən qoruyacağını vəd etdi.
Odur ki, İslam Peyğəmbəri (s) son həccdən qayıdarkən
həcıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu “Qədir-Xum”
adlı bir məkanda dayanıb dəstədən qabağa düşənlərin geri
qayıtması, dəstədən geri qalanların isə özlərini onlara
çatdırmasını əmr etdi. Sonra dəvələrin palanlarını toplayıb üst-
üstə yığaraq minbər düzəltdilər və İslam peyğəmbəri (s) həmin
minbərə çıxıb geniş bir xütbə oxudu.
1. “Maidə” surəsi, ayə: 67
2. “Maidə” surəsi, ayə: 3
3. “Ət-Tibyan fi təfsiril-Quran”, Şeyx Tusi, c. 3, səh. 587-588, “Təfsiru
cəvamiil-came”, Şeyx Təbərsi, c. 1, səh. 342, “əl-Mizan fi təfsiril-Quran”,
Əllamə Təbətəbai, c. 6, səh. 496, “Biharul-ənvar”, Əllamə Məclisi, c. 37, səh.
170