Page 52 - Islamic Studies 01
P. 52
Quranda uşaq hüququ / (51
almaq məqsədilə uşağın taleyi ilə oynamamalıdırlar. Çünki, bu
uşağın cisminə və ruhuna qarşısıalınmaz ziyanlar vurur.
Ayədən aldığımız digər nəticə budur ki, körpəyə süd verərkən
təqvaya riayət olunması valideynin öhdəsinədir.
Həmçinin, Müqəddəs Kitabımızın Əhqaf surəsinin 15-ci
ayəsində südvermənin müddəti ilə bağlı məsələyə toxunulur.
Buyurulur ki, “... onu (ana bətnində) daşıması və (süddən)
kəsilməsi isə otuz aydadır.”
İslam dininin uşaqlar haqqında olan tovsiyələrindən biri də
budur ki, övladlarınıza sevgi göstərərkən onlar arasında ayrı
seçkilik etməyin və maddi imkanların bölüşdürülməsində
ədalətə riayət edin. Bu məsələ fiqhi-hüquqi və tərbiyəvi
cəhətdən əhəmiyyətlidir. Müəyyən üstünlüklərinə görə
övladların birini daha çox sevmək, xüsusilə də, azyaşlı övladı
daha çox sevmək qəlbin işidir və bu, insanın ixtiyarından
xaricdir. Amma valideynlər digər övladları qarşısında bunu
büruzə verməməli, öz rəftarları ilə övladlar arasında ayrı-
seçkilik etməkdən çəkinməlidirlər. Övladlar arasında ayrı-
seçkilik etmək və fərq qoymaq daha çox sevgi göstərilən
övladın şıltaq olmasına və onun öz potensiallarından istifadə
etməyib, tərəqqi etməməsinə bais olmaqdan əlavə, başqa
övladlar üzərində də aşağıdakı mənfi təsirləri buraxır:
• Övladların ata-anaya sevgisi azalır, hətta bəzən
onlarda elə təsəvvür yaranır ki, valideynləri onların
düşmənidir.
• Onlar ruh düşgünlüyünə düçar ola bilər, bir kənara
çəkilib özlərini toplumdan təcrid edə bilər, bəzi psixoloji
xəstəliklərə düçar ola bilər, nəticədə inkişaf və tərəqqidən
geridə qala bilərlər.