Page 63 - Islamic Studies 01
P. 63

,
               62) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               Amma dünyada onlarla xoşrəftar ol. Mənə doğru (tövbə edib)
               qayıdan  kəsin  yolunu  tut.  Qayıdışınız  Mənə  doğrudur,  sizi
               gördüyünüz işlərdən xəbərdar edərəm.”
               Valideynin  məqamı  o  qədər  ucadır  ki,  bu  ayədə  hətta  insanı
               şirkə sürükləyən valideynlə pis rəftar etməmək tapşırılır. Yəni
               övlad  valideynə  itaət  etməməli  olduğu  halda  belə  onu  tənha
               buraxmamalıdır.

               İnsan  fitri  olaraq  tövhidə  meyllidir,  ətrafdakılar  onu  şirkə
               sürükləməyə  çalışır.  Ayədə  valideynə  itaət  əmri  verilməklə
               yanaşı,  valideynin  azmağına  da  diqqət  çəkilir.  Allahın  haqqı
               bütün  haqlardan,  o  cümlədən  valideynin  haqqından  öndədir.
               Büdrəmə  ehtimalı  olan  yerdə  valideynə  itaət  edilməməlidir.
               Amma  adi  həyat  tərzi  hifz  edilməlidir.  Ömrün  sonunadək
               valideynlə yaxşı rəftar etmək zəruridir, hətta valideyn müşrik
               olsa  belə.  Bəzən  əqidə  seçimi  və  ailədə  rəftar  arasında  fərq
               qoymaq  lazım  gəlir.  Adi  həyatda  valideynə  hörmət
               göstərilməli,  həyat  yolunda  paklar  və  salehlər  nümunə
               götürülməlidirlər.
               16-cı ayədə Loğmanın oğluna daha  bir nəsihəti  bəyan  edilir:
               “Ey oğlum! Əgər (sənin əməlin) xardal dənəsi ağırlıqda olsa,
               daşın  köksündə,  göylərdə  və  ya  yerdə  gizlənsə,  Allah  onu
               (Qiyamətdə  hesab  üçün)  hazır  edər.  Çünki  Allah  dəqiq  və
               agahdır.”
               Xardal kiçik qara dənələri olan bitkidir. Xardal dənəsi kiçikliyi
               göstərmək üçün misal çəkilir. Aydin olur ki, övladı İlahi elm
               və  qüdrətlə  tanış  etmək  hikmət  nişanəsidir.  Moizədə  hər
               tövsiyədən  öncə  qarşı  tərəfin  adını  təkrarlamaq  təsirlidir.
               Kamil  dəyərləndirmə  və  nəzarətdə  ən  kiçik  işlər  də  nəzərə
               alınmalıdır.  Allah hər şeydən xəbərdar və hər şeyə qadirdir. O,
               dəqiq hesab aparır, çünki Lətifdir.
               17-ci  ayədə  buyurulur:  “Oğlum!  Namazı  bərpa  et,  yaxşılığa
               çağır, pisliyə  qadağa  qoy  (əmr bə  məruf və nəhy  əz  münkər
   58   59   60   61   62   63   64   65   66   67   68