Page 58 - Islamic Studies 01
P. 58
Quranda uşaq hüququ / (57
yaxşı tanımalı, dinc və rahat həyat üçün lazım olan meyarları
araşdırıb nəzərə almalıdırlar. Çünki, bu zəmində hər cür
səhlənkarlıq və tələsik qərar ailə həyatında saysız çətinliklərin
ortaya çıxmasına səbəb olar.
Evlənmək istəyən cütlük arasında uyğunluq olmalıdır. Yəni
onların ailə mədəniyyəti, düşüncə tərzi, rəftarları, hətta zahiri
görkəmləri və maddi durumları bir-birinə uyğun gəlməlidir.
Yalnız belə olduğu təqdirdə onlar bir-birini başa düşə bilər və
qarşılıqlı anlayış sayəsində ailə yuvasını isti saxlaya bilərlər.
Gələcəkdə layiqli övladlara sahib olmaq istəyən şəxs özünə
dindar, nəcib və təmiz bir ailədə yetişən imanlı, əxlaqlı və
dərrakəli həyat yoldaşı seçməlidir. Çünki, tərbiyə və mühitdən
əlavə, irsiyyətin də övladın zəkasına böyük təsiri vardır. Bir-
birinə uyğun olub olmadıqları qənaətinə gəlmək üçün kişi və
qadın həyat yoldaşı seçimində azad olmalı, heç bir təzyiq və
məcburiyyət olmadan izdivac etmək qərarına gəlməlidirlər.
Təcrübə göstərir ki, basqı və məcburiyyət altında, heç bir istək
və sevgi olmadan izdivac edən qız və oğlan ailə həyatından
bəhrələnə bilməmişlər.
Odur ki, qız və oğlanın valideynləri bu mühüm məsələyə
diqqət yetirməli, izdivac məsələsində ovladlarına təzyiq və
basqı göstərməkdən çəkinməlidirlər. Əks təqdirdə, onları
peşmançılıqdan başqa bir sonluq gözəlmir.
Bunu da qeyd etməliyik ki, izdivac məsələsində yetərli
təcrübəsi olmayan gənc qızlara dövranın isti soyuğunu dadmış
ağıllı və uzaqgörən şəxslərlə, xüsusilə də övladlarına qarşı
hamıdan çox ürək yandıran ata və ana ilə məsləhətləşmək
tövsiyə olunur. Beləcə, övlad həm ata və ananın
təcrübələrindən faydalanar, həm də onu böyütmək və
tərbiyələndirmək üçün çəkdikləri zəhmətə təşəkkür etmiş olar.