Page 59 - Islamic Studies 01
P. 59

,
               58) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               Bakirə qızların izdivacında atanın icazəsinin  şərt olması bəzi
               hallarda  elə  bu  məqsədi  daşıyır  və  onların  xeyrini  təmin
               etməkdən  ötrüdür.  Amma  əgər  atanın  istəyi  qızının  xeyrınə
               olmazsa, bu vaxt atanın icazəsi daha şərt deyildir.
               İzdivac  etməyin  mühüm  cəhətlərindən  biri  də  bəşər  nəslinin
               davam  etməsi  uçun  yolun  olmasıdır.  Mütəal  Allah  Qurani-
               Kərimdə  qeyd  edir  ki,  insanın  öz  cinsindən  ona  zovcə
                                                                                 1
               yaratmaqda hədəflərdən biri, insanların sayının artmasıdır.
               Ailə həyatı, evlilik və ailə hüquqları barədə nazil olmuş Nur
               surəsinin  58-ci  ayəsində  buyurulur:  “Ey  iman  gətirənlər!
               Sahibi  olduğunuz  qullar  və  sizin  yetkinlik  yaşına
               çatmayanlarınız  (otağınıza  daxil  olmaq  üçün)    üç  vaxtda
               sizdən icazə alsınlar: sübh namazından öncə, günorta libasınızı
               çıxardığınız  vaxt  və  işa  namazından  sonra.  Bu  üç  vaxt  sizin
               üçün xəlvətə çəkilmə vaxtıdır. Qalan vaxtlarda icazəsiz daxil
               olmaq  sizin  üçün  və  onlar  üçün  günah  deyil.  Çünki  onlar
               sizinlə  daim  get-gəldədir,  bəzisi  bəzisinin  yanına  daxil  olur.
               Allah öz ayələrini sizin üçün bu sayaq bəyan edir. Allah elm
               və hikmət sahibidir.”
               Bu  ayədə  müsəlman  bir  ailədə  diqqət  edilməsi  lazım  olan
               önəmli  ədəb  qaydaları  önə  çəkilir,  namaz  vaxtları  diqqətə
               çatdırılır.  Qeyd  olunan  üç  vaxt  insanın  istirahət  zamanıdır,
               həssas  və  qorunmaq  lazım  olan  bir  zaman  kəsiyidir.  İffəti,
               həya duyğularını mühafizə etmək üçün otağa daxil olan zaman
               izn  istəmək  şərtdir.  Bu  göstərişlərdə  məqsəd  çirkin  işlərin,
               vaxtsız yetkinliyin qarşısını almaq, abır həyanı qorumaqdır.
               Mömin  valideynlər  övladlarına  dini  hökmləri  öyrətməyə
               məsuldurlar.  Uşaqların tərbiyəsinə və onlara İslam qaydalarını
               təlim  etməyə  yetkinlikdən  öncə  başlamaq  lazımdır.  Əlbəttə,
               uşaqlar  paklığı  ilk  öncə  ailə  mühitində  öyrənməlidirlər.
               Həmçinin, uşaqlar ailə daxilində öz vəzifələrini bilməlidirlər.

               1. Şura surəsi, ayə 11
   54   55   56   57   58   59   60   61   62   63   64