Page 62 - Islamic Studies 01
P. 62
Quranda uşaq hüququ / (61
məsləhətləşməyi uşaqlara əməli surətdə təlim etmək üçün
valideynlərin öz azyaşlı övladları ilə də məsləhətləşmələri
tövsiyə olunur. Bundan əlavə, böyüklər uşaqlarla məşvərət
etdikdə uşaqlar özlərini əhəmiyyətli hesab edir və düşünüb öz
fikirlərini deməyə çalışırlar.
Qurani-Kərimin Loğman surəsinin 13-cü ayəsindən 19-cu
ayəsinə kimi olan mətnində əsasən Loğmanın oğluna
nəsihətləri öz əksini tapmışdır. Bu nəsihətlərlə bağlı
müfəssirlərin (Möhsün Qiraəti. Nur təfsiri) təfsirlərinə
müraciət edək. Sözügedən surənin 13-cü ayəsində buyurulur:
“Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Ey
oğlum! Allaha şərik qoşma! Şübhəsiz, (Allaha) şərik qoşmaq
böyük zülmdür!”
Yuxarıda qeyd edilən surənin 14-cü ayəsində əvvəlcə insanın
ata-anasına yaxşılıq etmək tapşırılır, sonra ananın hamiləlik
dövrünə işarə olunur. Bu yolla insanın əxlaqi vicdanını
oyatmağa cəhd edilir. Valideynin və övladın qarşılıqlı
hüquqları var. Ötən ayədə atanın övlada nəsihəti bəyan olundu.
Bu ayədə isə övladın ata-anaya ehsanından danışılır. Bütün
insanlar çatdıqları məqamdan asılı olmayaraq valideynə
borcludurlar. Valideynə hörmət təkcə islami yox, həm də
insani bir haqdır. Bu hüquq müvəqqəti xarakter daşımır,
həmişəlikdir. Valideyn kafir olsa belə ona ehsan etmək
lazımdır.
Hamiləlik və südvermə dövrü ana qarşısında vəzifələr yaradan
və övlad şəxsiyyətinin formalaşdığı ən mühüm dövrdür.
Valideynə təşəkkür Allah qarşısında böyük dəyərə malikdir.
Allaha sükür etdikdən sonra valideynə təşəkkür məsələsi önə
çəkilir.
15-ci ayədə oxuyuruq: “Əgər o iki nəfər (ata-ana) bilmədiyin
bir şeyi Mənə şərik qoşmağın üçün çalışsalar onlara itaət etmə.