Page 65 - Islamic Studies 01
P. 65

,
               64) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               Nəticə
               Müttəqilərə doğru yol göstərən, haqq olduğunda heç bir şəkk-
               şübhə  olmayan  Müqəddəs  Kitabımızda  uşaqlarla  bağlı  gələn
               surələri  və  ayələri,  böyük  zəhməti  olmuş  əziz  alimlərimizin
               Qurani  Kərimin  təfsirlərinə  istinad  edərək  uşaqların  haqq  və
               hüquqlarını,  vəzifələrini,  tövsiyələri,  tərbiyə  üsullarını
               nəzərdən keçirdik.

               Əgər  gələcəyimizi  bugünün  uşaqlarına  əmanət  ediriksə,
               onların  düzgün  tərbiyə  olunması,  hansı  ideyalara  qulluq
               etməsi hər birimizi ciddi düşündürməlidir.
               İslam  uşaq  hüquqlarını  həssaslıqla  və  bu  məsələyə  xüsusi
               diqqət ayıraraq bəyan etmişdir. İslamda uşaq hüquqları, ata
               və  ananın  evliliyi  anından  başlanır  və  buna  riayət
               olunmalıdır.  İslam,  infrastruktur  sağlamlığa  şəraitin
               yaradılmasına, nikah zamanından diqqət olunmasına tövsiyə
               edir.
               Valideynin evliliyindən uşağın dünyaya gələn zamana qədər
               və bundan sonra, islamın hüquqlara və şəraitlərə riayət etmə
               məsələsinə təkidlə yanaşması, onun saleh nəslin yetişməsinə
               nə qədər önəm verdiyinin göstəricisidir.
               Valideynin  layiqli  insan  olması,  halal  qida,  nütfənin
               ləyaqətsiz  insanlardan    qorunmasına  əhəmiyyət,  ananın
               hamiləlik  zamanı  kifayət  qədər  və  münasib  qida  ilə  təmin
               olunması,  ana  bətnindəki  dölün  qayğısına  qalmaq,  onu
               qorumaq       və    s.   islam     dininin     uşaq    barəsindəki
               tövsiyələrindəndir.  Uşağın  dünyaya  gəlməsindən  sonrakı
               mərhələdə də,  islam dini uşaqlar üçün hüquqlar təyin etmiş
               və ona riayət olunmasını təkidlə vurğulamışdır.
   60   61   62   63   64   65   66   67   68   69   70