Page 61 - Islamic Studies 01
P. 61
,
60) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
övlad ən üstün yardımçıdır. Ailədə ata öz övladları ilə
mehriban davranmalı, onlara hörmət göstərməlidir. Allah
yolunda bütün əsarətlərdən, hətta övlada bağlılıqdan azad
olmaq lazımdır. Həzrət İbrahim (ə) bir ömür yolunu gözlədiyi,
dua və yalvarışlarla Allahdan aldığı övladı, ona kömək olan bir
vaxtda öz əli ilə qurban kəsməyə hazir olur.
Ayədən aydın olur ki, Allah bizə bəyan edir ki, övladlarınızın
şəxsiyyətini inkişaf etdirmək üçün onlarla məsləhətləşin və
onların mülahizələrini öyrənin. Xalqın hazırlığını
dəyərləndirmək üçün onların fikrini öyənmək açıq aydın
işlərdə faydalıdır. Həzrət İbrahim (ə) öz yuxusuna şəkk etməsə
də, yenə İsmaillə məsləhətləşdi. İnsan ömrünün zirvəsi onun
fədakarlıq dövrüdür. İsmail gənclik dövrünədək bir neçə
mərhələ keçmişdi. Növcavanlıq isə onun çiçəkləndiyi bir
mərhələ idi. Olsun ki, bu baxışdan Allah İbrahimi
“növcavanla” müjdələyir. Mömin insan Allaha təslimdir, Onun
göstərişləri müqabilində bəhanə gəzmir.
Öz növbəsində ataya onun işlərində kömək göstərmək övladın
yaxşılığını göstərir. Gərək uşaqlar da böyükləri İlahi işlərə
təşviq edib ürək-dirək versinlər. Vəzifəyə əməl etmək üçün
səbir və dözümə ehtiyac var. Səbir isə Allahdan istənilməlidir.
Səbir və dözüm salehlərin xüsusiyyətlərindəndir. İsmailin səbri
Allahın bu növcavanın həlim olması ilə bağlı vədi idi.
Kamillikləri öz qazancımız yox, Allahın hədiyyəsi bilək. Allah
yolunda addım ataq və Onun lütflərinə əmin olaq. Çünki, ilahi
insanlar üçün çıxılmaz vəziyyət yoxdur, onlar Allaha təvəkkül
və diqqətlə çıxış yolu tapırlar.
Beləliklə, belə bir nəticə alırıq ki, insanın uğur qazanmasına
bais olan amillərdən biri də məşvərət etmək,
məsləhətləşməkdir. Çünki, bilikli, təcrübəli və ürəyiyanan
insanlarla məsləhətləşdikdə, insan onların bilik və
təcrübəsindən faydalanır. Odur ki, başqaları ilə