Page 70 - Islamic Studies 01
P. 70

İslamda ailə / (69


               olacaqları  əbədi  bağların  (ağaclarının)  altından  çaylar  axır.
               Orada  onlar  üçün  istədikləri  hər  bir  şey  vardır.  Allah
               təqvalıları  belə  mükafatlandırır."   "O  kəslər  ki,  mələklər,
                                                      1
               canlarını  onlar  (küfr  və  itaətsizlik  çirkinliyindən)  pak  olan
               halda  alarkən  (onlara)  "salam  olsun  sizə,  etdiklərinizin
               mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə,
                                                                                  2
               Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun" deyərlər."
               Həqiqi  mömin  üçün  İslam  dini  dünyanın  bilik  sərhədlərini
               genişləndirir. İslam dini barədə şəriət qanunları 1400 il bundan
               əvvəl  yaranmışdır.  Əgər  İslama  xas  olan  bütün  keyfiyyətləri
               cəmiyyət  və  insanlar  düzgün  anlayıb  riayyət  etsələr  dinin
               rolunun aşağıdakı funksiyalara bölmək olar:
                      1.  İslam  dini  insanlığı  doğru  yola  istiqamətləndirən
               həyatın mənasını ifadə edən sülh və təqva yoludur.
                      2.  İslam  insanlar  üçün  hidayət  və  rahatlıq  yolu,
               həyatlarına  isə  ümid  və  dayaqdır.  İnsanlar  həyatlarının  çətin
               anlarında,  kədər  və  narahatlıq  üz  verəndə  dinə  üz  tutumaları
               təsadüfü  deyil.  Mömünin  Peyğəmbəri  Muhəmmədə  (s)  olan
               məhəbbəti  onun  daxilən  dəyişilərək  ədəb  və  davranışında
               idealı olan Peyğəmbərinə(s) oxşamağına can atmasıdır.
                      3.İslam  dini  biliklərini  zənginləşdirən  müsəlman  öz
               dinini  digər  insanlara  çatdırmağa  (təbliğ  etməyə)  qadir  olur,
               çətinliklərə, ona  qarşı  olan  rişğənd  və  təhqirlərə  baxmayaraq
               İslamın  ədalətli,  insanlara  yalnız  yaxşılıq  gətirən  bir  din
               olduğunu  bildirir.  O  təmiz  qəlbli,  yüksək  əxlaqlı  bir  insana
               çevrilir ki,digər insanlar da ona oxşamağa və ondan nümunə
               götürməyə çalışır.





               1.Ən-Nəhl surəsi, ayə 31
               2.Ən-Nəhl surəsi, ayə 32
   65   66   67   68   69   70   71   72   73   74   75