Page 69 - Islamic Studies 01
P. 69
,
68) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
İslamda sülh
Qurani-Kərim: “Məni yad etməkdən üz döndərən kəs üçün
isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü
doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən
qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı
həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor
1
gətirərik.” Qurani-Kərim Allah-Taalanı yenilməz qüvvət
sahibi bildirib deyir ki, yaxşı və xoşbəxt həyata can atan insan
imandan üz döndərməklə, uğurlara və səadətə aparan yoldan
və bütün bu faydalardan üz çevirmiş olur. Hər birimiz özü
üçün indi nəyin vacib olduğunu müəyyənləşdirməli və
gələcəkdə də nə qədər əhəmiyyətli olacağını fikirləşməlidir.
Əgər insan qanuni üsullarla səadət yolunu seçibsə, bu işdə
Allah-Taala ona kömək edər və o, qəlbində xoşbəxtlik və
əminamanlıq tapar. Allah-Taala insanı həm yoxsulluq, həm də
zənginliklə sınağa çəkə bilər və bu sınaqlardan hansının insana
daha çətin olduğunu yalnız O bilir. Yalnız mömin insana Uca
Yaradan yenilməz qüvvət verər və bu həyatda məruz qaldığı
imtahana görə və Allah-Taaladan aldığı hər bir şey üçün
Allaha şükür edər.
İslam dinc və sülhsevər din olaraq insanları xeyirxah işlər və
yaxşı əməllər görməyə çağırır. Qurani-Kərimdə belə deyilir:
“Şübhəsiz, Allah təqvalı olanlarla və yaxşı işlər görən
2
kəslərlədir.” “Və (kafirlərin casusları tərəfindən) təqvalılara
deyilər: "Rəbbiniz nə nazil etmişdir?" Deyərlər: "(Başdan-
başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)!"
(Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və
gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha
3
yaxşıdır. Təqvalıların evi necə də gözəldir!" "Onların daxil
1.Taha surəsi, ayə124
2.Ən-Nəhl surəsi, ayə 128
3.Ən-Nəhl surəsi, ayə 30