Page 73 - Islamic Studies 01
P. 73
,
72) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Lakin radikal qruplar və onların nadan başçıları İslam
gənclərini dində həddini aşmağa və İslam dini ilə əlaqəsi
olmayan çirkin əməllərə sövq etdilər.
Allah-Təala buyurur:“De: «Ey kitab əhli, öz dininizdə
haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya
Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və
həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış,
çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin
şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe
1
olmayın».”
Əlbəttə ki, dində həddini aşaraq İslam gənclərini radikallığa
və İslam dini tərəfindən lənətlənmiş terror hadisələrinə cəlb
edənləri şeytan aldatmış, onları doğru yoldan uzaqlaşdıraraq
onların çirkin əməllərini gözəl göstərmişdir. Uca Allah
Qurani-Kərimdə belə insanlar haqqında buyurur: “Pis
əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən
(bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla
belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri
təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və
istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə
olan təəssüflər və kədərlər üzündən canın əldən gedə!
Allah onların nə etdiklərini biləndir.”
2
Başqa bir ayədə Allah-Taala buyurur: “Belə isə məgər
(işləri) öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində
olan kəslər (möminlər kimi ağıl və şəriətə əsaslananlar) pis
əməlləri özlərinə gözəl göstərilən və öz nəfsi istəklərinə
tabe olan kəslər kimidirlər?!”
3
Uca Allah həmçinin buyurur: “Belə isə, məgər (yolun enişli-
yoxuşlu olması üzündən) yıxılaraq və üzü üstə sürünərək
1.Əl-Maidə, surəsi ayə 77
2.Fatir surəsi, ayə 8
3.Məhəmməd surəsi, ayə 14