Page 71 - Islamic Studies 01
P. 71

,
               70) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
                      4.İslam  mənəvi  dəyərlər,  halal-haram  məsələlərində
               dindarın  hərəkətinə  nəzarət  edir.  İslam  -  İslam  qanunları  ilə
               tamamilə  və  ya  qismən  yaşayan  böyük  icmalara  və  bütün
               dövlətlərə  təsir  göstərmək  qüdrətinə  malik  bir  dindir.  Ancaq
               İslama aid olmaq insanın qınanmalı bir hərəkət etməməsinin,
               cəmiyyətin əxlaqsızlığa və qanunsuzluğa düşməsinin qarşısını
               həmişə ala bilmir. Bu kədərli vəziyyət insan ruhunun dünyada

               şeytani əməllərin qarşısında aldanmalarının nəticəsidir.
                      5.Əgər insanlar uca yaradanın "Parçalanmayın" sözünə
               əməl etsələr Islam dini xalqların, millətlərin birləşdirilməsinə,
               təhsilə və dövlətçiliyin güclənməsinə kömək edər.
                      6.İslam  dini  cəmiyyətin  mənəvi  həyatının  əsas
               hissəsidir. İslam ədəbiyyatı və incəsənəti, memarlığı bu günə
               kimi  bəşəriyyəti  heyran  etməkdə  davam  edir,  elmlərin  çoxu
               İslam  yarandığı  gündən  etibarən  inkişaf  tapmışdır.  Beləliklə
               İslamın yaradıcı din olduğunun nəticəsinə gəlirik.
                      7.İslam  ictimai  asayişi  gücləndirməyə,  ailə  ənənələrinə
               və  həyat  qanunlarına  kömək  edən  dindir.  Din  həmişə
               təməllərini, sabitliyi, qayda və qanunları qorumağa çalışır. Bu
               müasir  zamanımıza,  hər  bir  fərd,  cəmiyyət  və  dövlətlərə
               vacibdir.  İnsanlar  fikirlərini  dəyişib  günah  və  haramlara
               müqavimət  göstərsə,  niyyəti  onların  xarakterinini  yaxşılığa
               yönəldər,  özlərini  və  cəmiyyəti  dəyişdirə  biləcəklər.
               Müsəlmanlar  bir-birinə  qarşı  mərhəmətli  olmalı,  qayğı  və
               məhəbbət göstərməli, ətrafdakılara qarşı təmannasız xeyirxaq
               və  diqqətli  olmalı,  bunun  müqabilində  minnətdarlıq
               gözləməməlidir.
               Bir dinin adı altında ortaya çıxdığını bildirən insanlardan bir
               qismi o dini səhv anlamış və səhv tətbiq etmiş ola bilər. Bu
               səbəblə  də  həmin  insanlara  baxaraq  o  din  haqqında  fikir
               söyləmək  yanlış  olar.  Müasir  dövrdə  gənclərimizin  Allahın
               yoluna  qayıtması  hər  kəsi  sevindirmişdi.  Bununla  İslam
   66   67   68   69   70   71   72   73   74   75   76