Page 72 - Islamic Studies 01
P. 72

İslamda ailə / (71


               Universitetləri,  mədrəsələri,         elm     məclisləri     çoxaldı,
               gənclərimiz İslam dininə yiyələnməyə başladılar. Lakin bəzi
               radikal  qruplar  İslam  gənclərinin  birliyini  pozaraq  onları
               terrora, çirkin əməllərə yönəltdilər.
               Bütün  bunlar  göstərir  ki,  günahsız  insanlara  qarşı  terror
               əməlləri  hazırlamaq  və  onları  həyata  keçirmək  İslama
               tamamilə zidd bir işdir və heç bir müsəlman belə bir günah
               edə bilməz. Əksinə, müsəlmanlar bu gün belə günah iş tutan
               insanların qarşısını almaqla yer üzündəki fitnə-fəsadı aradan
               qaldırmağa  və  bütün  insanlara  rahatlıq  və  əmin-amanlıq
               gətirməyə görə məsuliyyət daşıyırlar. Müsəlmançılıq terrorla
               bir yerdə ola, hətta birgə təsəvvür edilə bilməz, əksinə, İslam
               terrorun qarşısındakı ən böyük maneə və terror probleminin
               çözülməsi yoludur.
               Allah Təala buyurur:“Beləliklə, əgər sən(in dəvətin)ə cavab
               verməsələr,  bil  ki,  onlar  öz  (nəfsi)  istəklərinə  uymuşlar.
               Allahın  hidayəti  olmadan,  öz  (nəfsi)  istəklərinə  uyandan
               daha  çox  azğın  kim  ola  bilər?!  Həqiqətən,  Allah  zalım
               tayfanı doğru yola yönəltməz.”
                                                    1
               Başqa  bir  ayədə  Allah-Taala  buyurur:  “(Məbud,  Allaha
               yaxınlaşdıran  və  şəfaətçi  adlandırılan)  bu  bütlər  sizin  və
               atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir
               şey  deyildirlər. Allah  onlar(ın  haqq  olmaların)a  dair  əsla
               bir  dəlil-sübut  nazil  etməmişdir.  (Bəli,)  onlar  yalnız
               gümana  və  nəfsi  istəklərə  tabe  olurlar,  halbuki  Rəbbləri
               tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər)
                            2
               gəlmişdir.“




               1.Əl-Qəsas surəsi, ayə 50
               2.Ən-Nəcm, surəsi ayə 23
   67   68   69   70   71   72   73   74   75   76   77