Page 77 - Islamic Studies 01
P. 77

,
               76) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               qanunları ilə yaşamaq istəməyənlərə qarşı zülm edir və qətlə
               yetirir.
               Bədbəxtliyi  İslam  dini  yox,  bu  dinin  təfsilatını  yanlış  başa
               düşmək və səhv anlayışa riayət etməkdir. İş o yerə gəlib çatıb
               ki, bu insanlar getdikləri yanlış yolu (fanatiklər, ekstremistlər,
               terrorçular),  özləri tək  getmirlər. Həmçinin  əxlaqi  və mənəvi
               cəhətdən  yetişməmiş  insanlara,  əsasən  gənclərə  dinin  yanlış

               təbliği ilə məşğul olurlar. İslam dini insan həyatında əxlaq və
               ədəb qanunu olduğu halda dindən uzaq olan bu şəxslər Allahın
               adı  ilə  qanunsuzluq  edir,  insanları  öldürür.  Həqiqi  möminlər
               isə  insanları  doğru  yola  yönəldənlərdir.  Bu  yol  məhəbbət
               yoludur,  Allahın  qarşısında  təvazökarlıq  və  səbr  nümayiş
               etdirən bir yoldur.
               Tez-tez  insanlar  din  pərdəsi  arxasında  gizlənərək  pislik  və
               müsibətlər  gətirirlər.  Buna  görə  də  dinə  qarşı  deyil,  bu
               insanlara qarşı mübarizə aparmaq lazımdır. İnsanları öldürən,
               namuslarına  toxunan,  yaramazlıq  və  qanunsuzluq  edənlərin
               Allah  və  dini  sevdiklərini  söyləməklərinə  inanmaq  olarmı?
               Digər insanları sevməyən Allahın qanunlarına riayət etməyən
               Allahı  sevə  bilməz!  Uca  Yaradandan  razı  müsəlmanlar  isə
               başqa insanlara məhəbbətlə yanaşır.
               Radikal dini  cərəyanların yaranması  onların digır  məzhəb və
               dinlərə  qarşı  qarşıdurması  ilə  nəticələndi.  Bu  qarşıdurma
               cəmiyyətimizdə  indiyədək  hiss  olunur.  Bu  cərəyan  yalnız  öz
               qanunlarını tanıyır və öz imanlarının  düzgünlüyünə inanırlar.
               Onlar haqlı olduqlarını mübahisələrlə deyil, terrorçu hərəkətlər
               və  dinc  insanların  və  uşaqların  qətli  ilə  sübut  edirlər.  Dini
               ekstremizm dünya daxilində ictimai gərginliyin qaynağıdır və
               onun təzahürü dünyanın hər hansı bir yerində gözləmək olar.
               Yalnız Allah-Taala ona iman gətirən möminlərə mənfi hisslər
               və qorxulara qarşı mübarizə aparmağda kömək edəcəkdir. Dini
               biliklər,  Quran-Kərimi,  Muhəmməd  Peyğəmbərin(s)  və
   72   73   74   75   76   77   78   79   80   81   82