Page 76 - Islamic Studies 01
P. 76

İslamda ailə / (75


               qazandıracaqlar? Məgər ictimai yerləri partladaraq insanları
               qətlə yetirmək cihaddırmı?
               Hansı  ki,  nadanların  kafirlərə  qarşı  mübarizə  apardığını
               iddia  edərək  qeyd  edilən  terror  hadisələrinin  baş  verdiyi
               ölkələrin çoxu müsəlmanlardır. Terror hadisəsinin hamısında
               demək  olar  qətlə  yetirilənlərin  çoxu  körpə  uşaqlardır.
               Budurmu cihad?
               Əlbəttə ki, qəlbində İslam sevgisi daşıyan hər kəs belə çirkin
               əməllərin Allah qatında nə qədər günah olduğunu yaxşı dərk
               edir.  Məgər  onlar  bilmirlər  ki,  buna  görə  Allah  qarşısında
               cavab  verəcəklər?  Bu  nadanlar  Qərbə  qarşı  mübarizə
               apardıqlarını iddia etsələr də, amma daha çox müsəlmanları
               öldürürlər.
               Bir  dinin  adı  altında  ortaya  çıxdığını  bildirən  insanların  bir
               qismi o dini səhv  anlamış və səhv tətbiq etmiş ola bilər. Bu
               səbəblə  də  həmin  insanlara  baxaraq  o  din  haqqında  fikir
               söyləmək yanlış olar. Bir dini tanımağın ən doğru yolu o dinin
               müqəddəs  qaynağını  araşdırmaqdır.  İslamın  müqəddəs
               mənbəyi  Qurani-Kərimdir.  Quran  əxlaqı  sevgi,  şəfqət,
               mərhəmət, ədalət, təvazökarlıq, fədakarlıq, xeyirxahlıq və sülh
               anlayışlarına  əsaslanır.  Bu  əxlaqı  həqiqi  mənada  yaşayan  bir
               müsəlman  son  dərəcə  kübar,  gözütox,  dərin  düşüncəli,  incə
               ruhlu,  təvazökar,  ədalətli,  xoşniyyət,  səmimi,  etibarlı  və
               hərtərəfli şəkildə kamil bir insan olur, ətrafındakılara da sevgi,
               sayğı, rahatlıq və həyat sevinci bəxş edir.
               Lakin  niyəsə  bəzi  qüvvələr  İslamda  olmayan,  İslam  dininə
               zidd  olan  xüsusiyyətləri  dinə  aid  etməyə  çalışırlar.  Müasir
               zamanda yaşayan hər bir insan Qərbin İslam dinimiz ilə necə
               manipulyasiya  etdiklərini  çılpaq  gözlə  də  görə  bilər.  Guya
               İslam  digər  dinlərə  qarşı  dözümsüzlük  göstərir,  İslam
   71   72   73   74   75   76   77   78   79   80   81