Page 94 - Islamic Studies 01
P. 94
Fitrətin insanın fərdi... / (93
gətirdiklərindən başqa İlah olmadığına inandım. Mən də
müsəlmanlardanam!' – dedi”. İmam Əli (ə.s.) belə buyurur:
1
“Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi
Allahdan başqa hər şeydən kəsiləndə və bütün
səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz
2
çevirər”.
Fitrət ayəsinin təfsiri
İnsan fitrətinin Yaradanın varlığına şəhadət verməsi ilə bağlı
gətirilən ən aydın dəlillərdən biri bu ayədir. Allah-taala belə
buyurur:
“Haqqa tapınaraq üzünü bu dinə sarı döndər. Allah
həmin fitri din əsasında insanları yaratmışdır. Allahın
xilqətində əsla bir dəyişiklik ola bilməz. Sabit və möhkəm
3
olan din budur. Lakin insanların əksəriyyəti bilmir”.
Ayədə din fitrət mənasında işlədilib. Bunun səbəbi haqda bir
izah budur ki, İlahi din fitrətlə müvafiqdir. Mərhum Şəhid Sədr
(r.ə.) buyurub ki: “Din fitrətdir. Allah onu, haqqa və doğru
yola irşad etməsi, yönləndirməsi üçün insanın ruhunda
4
qoyub”.
Buradakı fitrətin təfsiri haqqında isə bir çox hədis nəql
edilmişdir. Buxari bu ayənin təfsiri ilə bağlı Həzrət
Rəsulullahın (s.) belə buyurduğunu nəql edib: “Hər doğulan
uşaq yalnız fitrət üzrə doğular. Sonra atası, anası onu ya
5
yəhudi, ya xristian, ya da məcusi edər”.
1. Yunus surəsi, 10-cu ayə.
2. “Ət-Təvhid”, Şeyx Səduq, səh. 321, hədis: 5.
3. Rum surəsi, 30-cu ayə.
4. “Əl-Ənzarut-Təfsiriyyə”, Ayətullah əl-üzma Şəhid Seyid Muhəmmədsadiq
Sədr, səh. 242.
5. “Səhihul-Buxari”, səh. 330, Kitabul-cənaiz, hədis: 1358.