Page 17 - Islamic Studies 02
P. 17
Modern cahiliyyət ilə mübarizə metodları/ (15
Yəni, qeyd edilən bu dörd sifət digər müsbət xüsusiyyətlərin
təməlidir. Məsələn, hikmət sifətindən zirəklik, fərasət, gözəl
düşünmək, tədbirli olmaq, şücaət sifətindən səbr, təmkin,
helm, vüqar, iffət sifətindən də həya, səxavət, əmanətdar
olmaq, gülərüzlülük və sair xüsusiyyətlər formalaşır. Deməli,
bütün müsbət xüsusiyyətlərin təməli, mənşəyi həmin dörd
sifətdir.
1. Hikmət: Bu, varlıqları əsl olduğu kimi tanımaqdan
ibarətdir. Hikmətin özü də iki hissəyə ayrılır. Biri nəzəri
hikmət, digəri isə əməli hikmətdir. Nəzəri hikmət o varlıqların
əsl həqiqətini anlamağa deyilir ki, onların varlığı bizim qüdrət
və ixtiyar çərçivəmizdən kənardır. Əməli hikmət də o
varlıqların əsl həqiqətini anlamağa deyilir ki, onların varlığı
bizim qüdrət və ixtiyar dairəmizdədir, məsələn, həyata
keçirdiyimiz işlər kimi.
2. İffət: Bu o, deməkdir ki, insanın şəhvət qüvvəsi ağıl
qüvvəsinə tabe olub onun dediklərindən kənara çıxmasın.
Bunun nəticəsində insan əsl azad bəndə olub həvayi-nəfsinin
əsirinə çevrilmir.
3. Şücaət: Şücaət ona deyilir ki, qəzəb qüvvəsi ağıl qüvvəsinə
tabe olsun, çəkinilməsi lazım olan təhlükələrdə ağlın sözünə
qulaq asıb narahat olmayası şeylərdən çəkinməsin.
4. Ədalət: Ədalət də ona deyilir ki, əməli ağıl nəzəri ağıla
tabe olub qəzəb və şəhvət qüvvələrini ağıl və şəriətə uyğun
olaraq öz tabeliyində saxlasın.
Bəzi əxlaq alimləri ədalət sifətinə başqa cür tərif verərək
demişlər ki, ədalət bütün qüvvələrin ağıl qüvvəsinə tabe olub
onun əmrlərindən çıxmamasına və aralarında hər hansı
ziddiyyətin yaranmamasına deyilir.
Ağıl qüvvəsinin digər qüvvələrə qalib gəlməsinə səy etmək.
Ağlı olan və özünə düşmən olmayan insan çalışmalıdır ki, ağıl