Page 122 - Islamic Studies 02
P. 122
120) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
deyildikdə təkcə namaz, oruc nəzərdə tutulmur. İbadət
bütünlükdə Həqiqətin varlığını tanımaq, (mərifət) və öz
vücudunu Allahın iradəsinə şüurlu şəkildə təslim etmək
istəyidir.
Yaradılış hədəfinin ikincisindən məqsəd, bizə əmanət olunan
öz mənliyimiz və ətrafımızın qorunması nəzərdə tutulur.
Burada Allah yer üzünü abad islah etməsi, onu inkişaf
etdirməsi və insanın kamillik dərəcəsinə çatması üçün insanı
yer üzünə xəlifə təyin edib, übudiyyətə çatması üçün onun
ixtoyarına qoyulması nəzərdə tutulur.
Yaradılışın üçüncü əsas hədəfinə gəlincə, bu ona verilən
əmanətə sahib çıxılmasıdır. Bu haqda müxtəlif təfsirlər bəyan
olunsada, zahirən bu əmanət ağıldır.
“ Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona
yüklənməkdən qorxub, çəkindilər. Ona insan yükləndi.
Həqiqətən o çox zalım, çox cahildir”.
Ağıl insana verilən əmanətdir və ondan sual olunacaq. İnsanın
yer üzündə Allahın xəlifə və canişini olması yaınız ağıl
sayəsində mümkündür. İnsan ağlı ilə bütün çətin mərhələləri
keçib, fəna fillah məqamına çatıb, mələklərdən üstün
məqama sahib ola bilər. Onu digər məxluqatdan fərqləndirən
bu əmanət nəfsi nəzarətə götürməklə, onu idarə edib Allahın
bəyəndiyi şəxsiyyət formasına sala bilər.
İmam Sadiq (ə): «Elm öyrənməklə deyil, əksinə, Allah-
taalanın doğru yola yönəltmək istədiyi hər kəsin ürəyində
işıqlandırdığı nurdur. Buna görə də elm istəyirsənsə, öncə
bəndəlik həqiqətini öz canında axtar. Elmi də ondan istifadə
etməklə axtar və Allahdan dərrakə, bilik istə ki, səni dərrakəli
1
və alim etsin»
Məhz ağıl və biliklə paklaşdığı zaman insana Allah həqiqəti
dadmaq, onu görmək və bəyan etmək qüvvəsi bəxş edir. İmam
1 Biharul-Ənvar, c. 1, səh 225, hədis 17