Page 119 - Islamic Studies 02
P. 119
Həqiqət və onu tanıma yolları/ (117
Bilməliyik ki, hər bir canlı varlıq özünün zatına, fel və
kamallarına məhəbbət bəsləyir. Yəni təbii olaraq özünü sevir.
Deməli, özünü sevmıyi tam şəkildə məzzəmmət etmək olmaz.
Digər tərəfdən, əvvəldə qeyd etdik ki insanda iki “öz” insani
və heyvani öz mövcuddur. İlahi yönə malik olan insani nəfs
vəya həmin öz, mələkut aləmindən nazil olmuşdur. Məqsədi
insanı yer üzünün xəlifəsi qərar verməkdir. İnsani öz elm,
həyat, qüdrət, rəhmət, ehsan, feyz və kamal sifətlərinə
meyillidir və onları sevir. Deməli, biz özümüzü bu yöndən
sevərsək, əxlaqi fəzilətlərə, bütün kamallara və yaxşılıqların
mənşəyinə yəni Allaha yaxınlaşacağıq.
Bəyənilən sifətlər vücudumuzda canlanacaqdır. Yox əgər
heyvani öz dediyimiz bütün heyvani qərizə və meyillərin
arxasınca olub, nəfsi -əmmarənin gücləndirsək, agıl və imanı
özümüzdən uzaqlaşdırıb, tədricən heyvani “mən”liyi
sevəcəyik.
Belə olan halda həqiqi insaniyətdən uzaqlaşacaqıq və bu
özünüsevmə bütün pisliklərin açarı və məzəmmət olunanıdır.
Özünü sevmək yalnız heyvani istəklərin təmin olunmasıdır.
Nəfs bu hədəfinə nail olmaqçün özünü azad hiss edir, heç bir
məsuliyyət qəbul etmək istəmir. İnsan nəfsini razı salmaqdan
ötrü başqa bir hədəfi olmadığından, öz hədəfinə nail olmaq
üçün bütün yolları mübah sayır, hər bir çirkin işə bəraət
qazandırır. Bu yolda zülm etməkdən, yalan danışmaq, töhmət
vurmaq, xəyanət və digər günahlardan imtina etmir. Zülm
etmək onun yaratdığı bir fəsaddır.
Özünəpərəstiş insanı elə bir nöqtəyə gətirib çıxarır ki, insan
onu yaradana qarşı baş əyməyə belə razı olmur. Buradan da
bütün günahların mənşəyinin eqoism olduöu açıq-aydın
görünür. Yalnız öz şəxsi mənafelərini qoruyan “mən”, insanı
Allah və cəmiyyət qarşısında azğınlığa, cinayətlərə sürükləyir.