Page 118 - Islamic Studies 02
P. 118
116) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
olan heç zaman acımadığı kimi, bu ruhiyyədə olmayan
insanlar da heç zaman doymaq bilmirlər. Acgöz olurlar.
Süfrələrdə çeşid -çeşid təamlar, hesablarında pul olduğu halda
daim ehtiyac və aclıq hissi ilə əriyirlər. Məsum İmamlarımız
dünyanı şor suya bənzədir. Ondan içməklə sussuzluğun daha
da artır və elə hey içmək istəyirsən. Dünyaya bağlılıq belədir.
Dünyanın aldadıcı, süst işləri, o cümlədən şan- şohrət, cah-
cəlal, məqampərəstlik, vəzifə tələbi, hərislik, tamahkarlıq,
tıkıbbür, əyləncəli həyat, rəyasət və bu kimi sifətlər dünyaya
bağlılıqla qazanılır.
İnsanı dünya malına bağlayan digər br əlaqə zəif əxlaqi
sifətlərdir. Yalnız belə insanlar dünyaya meyl salıb, onun
ardınca qaçırlar. Əllərində olanları itirdikdə qəm- qüssəyə
batma səbəbləri məhz zəif iradə və əxlaqın olmasıdır.
İnsan dünya malına məhhəbbət etməsə, yalnız öz ehtiyacını
ödəməklə və vəzifələrinin icrası üçün ondan istifadə etsə, heç
zaman dünyaya bağlanmaz. Ona könül verməz. İmam Sadiqin
buyurduğu kimi böyük var-dövlət və güc, səni məst etməsin.
“ Allah sevincdən özünü itirənləri xoşlamır” 1
“Əlindən çıxmış nemət üçün Allaha bədbin olan insan, Allah
sevgisindən məhrum olar. Ancaq axirət və həqiqət sorağında
olanlara bu şamil edilmir. ” 3
“Həqiqətən insan çox həris və tamahkar yaradılmışdır; ona
bir pislik üz verdiyində fəryad qoparır, xeyir nəsib olduqda isə
2
xəsislik göstərir. Namaz qılanlar istisnadır”
Özünəpərəstiş
Özünəpərəstiş (eqoizm) fəsadların anası ( ummul- fəsad) və
bütün günahların mənşəyi kimi tanınır. Nəfsin
paklaşdırılmasında ciddi maneə hesab edilir.
1 - Qəsəs \76
2 - Məaric / 19-22