Page 117 - Islamic Studies 02
P. 117
Həqiqət və onu tanıma yolları/ (115
Həqiqəti tanımaqdakı maneələr
Bağlılıqlar
Həqiqət axtarışında olan insan maneələri tanımalı və onları bir
bir aşmaqdan ötrü Uca Allahdan kömək istəməlidir. Allah
belə insanı ilk növbədə dünyaya bağlanmaqdan çəkindirir.
Dünyanı aldadıcı həzzdən, əyləncədən başqa bir şey
olmadığını bəyan edir:
“ Dünya həyatı oyun- oyuncaqdan və həvəsbazlıqdan başqa
bir şey deyildir. Axirət dünyası isə təqvalılar üçün daha
1
yaxşıdır. Bu barədə dərindən düşünmüsünüzmü?”.
İnsan dünyadan öz ehtiyacı həddində istifadə etməlidir.
Qənaətə, zöhdə riayət etməlidir. Dünyaya könül vermək
möminə yaraşan sifət deyildir. Pul məqsədə çatmaq üçün
vasitədir. Biz onu ehtiyacımız üçün xərcləməliyik. Ancaq onu
toplayıb var dövlət yığmaq, ehtiyacı olduğu halda
xərcləməmək dünyaya bağlılıqdır.
Sadə geyinib sadə yaşamaq, sadə yeyib sadə gəzmək zöhdün
əlamətidir. Zöhd dünyaya bağlılığın qarşılığıdır. Ancaq çox
vaxt bu sifət hamıda özünü göstərmir. İnsan ifrata və təfritə
yol verir. Məsələn dünya malına məhəbbət, malın az və ya
çoxluğuna bağlı deyil və insanda hərislik yaradır. İnsan
tamahkar məxluqdur. Hər şeydən onun da olmasını istəyir.
Əgər dünya malına bağlılıq insanın ibadətinə və ictimai
vəzifələrinə zərər vurursa, bu təhlükəli haldır. İnsan sahib
olduğu bir şeyi əldən verərkən qəmlənərsə, bu dünyaya
bağlılığın bir nişanəsidir.
Belə insanlar heç vaxt çata bilməyəcəyi şeyləri ələ
gətirməkdən ötrü daim götür- qoy edir. Qənaət ruhiyyəsində
1 - Ənam / 32