Page 158 - Islamic Studies 02
P. 158

156) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Xeyr, burada məqsəd odur ki, uşağa hansı mərhələdə kim daha
               çox təsir göstərə bilir.
               Sevgi  -  övladların  körpə  vaxtı  ehtiyac  duyduqları  zərurətdir.
               Ona  lazımi  diqqət  olunmasa,  körpə  düzgün  inkişaf
               etməyəcəkdir.  Bu  sevgi  uşaqlara  müxtəlif  yollarla  ötürülə
               bilər: öpməklə, qucağına götürüb xoş sözlər deməklə, hədiyyə,
               oyuncaq almaqla və sair. İmam Baqir (ə) hər bir fürsətdə öz

               kiçik yaşlı oğlu İmam Sadiqi (ə) qucağına götürməklə və ona
               xoş  sözlər  deməklə  sevgisini  bildirərdi.  Bu  yolla  onun  sevgi
               ehtiyacını ödəyərdi.
               Övladı və onun yaxşı işlərini yerli-yerində tərifləmək - onun
               müvəfəqiyyət qazandığını və güclü olduğunu hiss etməyə bais
               olar.
               Övladları  nəsihət  etmək  və  onlarla  söhbət  etmək  valideynin
               övlada həyatda düz yol göstərməyi ilə yanaşı, övladla valideyn
               arasında səmimi rabitənin yaranması üçün də zəminə yaradar.
               Bu yolla da valideyn, xüsusilə də ata, övlada yaxınlaşa bilər.

                      İstifadə edilmiş ədəbiyyat
                       1.  Qurani-Kərim
                       2.  Məhəmməd Məhəmmədi Reyşəri "Ömrün meyvəsi"
                       3.   Əli  Əkbər  Babazadə  "İslamda  ailə  hüququ  və
                           evlənmə üsulu"
                       4.   İslamda övlad
                       5.   Fürui-kafi”, 6-cı cild, səh.281; "Vəsailüş-şiə”, 14-cü
                           cild, səh.65
                       6.   Vəsailüş-şiə”, 2-ci cild, səh.37
                       7.   Cəvahirül-kəlam”, 31-ci cild, səh.251 "Şərhi-lümə”,
                           2-ci cild, səh.116
                       8.   "Vəsaiüş-şiə”, 15-ci cild, səh.136
                       9.   "Fürui-kafi”, 6-cı cild, səh.24
                       10.  "Vəsailüş-şiə”, 5-ci cild, səh.42
   153   154   155   156   157   158   159   160   161   162   163