Page 154 - Islamic Studies 02
P. 154

152) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               anlardan başlayar. Körpə ana bətnində olanda, onun tərbiyəsi –
               mühit, ananın yediyi-içdiyi, qulaq asdığı, dediyi, gördüyü və s.
               barədə dinimizin bolluca tövsiyələri vardır. Bu bəhsdə isə biz,
               dünaya gəldikdən sonrakı dövrü ehtiva edən tövsiyələrlə bağlı
               xüsusi  tərbiyə  metodologiyasından  danışacağıq.  Əziz  5-ci
               İmam  -  Həzrət  Muhəmməd  İmam  Baqirin  (ə)  mübarək
               buyuruşları  əsasında  övlad  tərbiyəsinin  mühüm  nöqtələrini

               qeyd edək:

               1.Qulağa  azan  və  iqamənin  deyilməsi  və  körpəyə  Fərat
               suyunun içirdilməsi. İmam Baqir (ə) buyurur: “Yaxşı olar ki,
               körpənin ağzı Fərat suyu ilə açıla və qulağına iqamə oxuna”.

               2.  Əqiqə  və  ad  qoymaq.  İmam  (ə)  buyurur:  “Sizin  dünyaya
               uşağınız gələndə 7-ci günü - əgər oğlandırsa, erkək qoyun və
               əgər qızdırsa, dişi qoyunu - əqiqə qurbanı edin. Onun ətindən
               mamaçaya da verin. 7-ci günü ona ad qoyun”.

               Ad  qoymada  ən  mühüm  cəhətlərindən  biri  də  odur  ki,  yaxşı
               adlar seçilməlidir, xoşa gəlməyən adlardan çəkinmək lazımdır.
               Çünki yaxşı ad övladın xoşbəxtliyinə və xoşa gəlməyən ad isə
               onun nigarançılığına səbəb olar. İmam Baqir (ə) yaxşı və xoşa
               gəlməyən  adlara  aid  bir  neçə  misal  çəkir.  O,  Həzrət  (ə)  bu
               haqda  buyurur:  “Ən  sədaqətli  adlar  -  Allaha  bəndəliyi  iddia
               edən  adlardır  və  onlardan  ən  yaxşıları  -  peyğəmbərlərin
               adlarıdır”.

               Ana südünün tərbiyəyə təsiri
               Övlad tərbiyəsində valideynlər əsas rol oynayırlar. Bu rol və
               təsir  hər  bir  yaşda  eyni  səviyyədə  deyildir.  Tərbiyənin  bəzi
               mərhələlərində atanın rolu mühüm olur və bəzi mərhələlərdə
               isə ana aparıcı rol oynayır. Ümumi olaraq, onu demək olar ki,
   149   150   151   152   153   154   155   156   157   158   159