Page 155 - Islamic Studies 02
P. 155

Qurani-Kərimdə  övlad tərbiyəsi metodları ./ (153


               körpə  ana  bətnində  olanda  və  süd  yeyən  zaman  ananın
               tərbiyəsi  başlıca  rol  oynayır.  Ancaq  yeniyetmə  dövründən
               sonra, xüsusilə də oğlanlara aid - atanın tərbiyəsi mühümdür.
               Ancaq bu, o demək deyildir ki, körpə süd yeyəndə atanın rolu
               və  ya  övlad  yeniyetmə  olanda  ananın  rolu  mühüm  deyildir.
               Xeyr, burada məqsəd odur ki, uşağa hansı mərhələdə kim daha
               çox təsir göstərə bilir.
               Körpənin  mühüm  mərhələlərindən  biri  onun  süd  yeyən
               dövrüdür. Bu  mərhələdə  ananın birbaşa  və  əsas  təsiri  vardır.
               Bu  mərhələdə  körpəyə  süd  vermək  ana  ilə  övlad  arasında
               rabitənin yaranmasına səbəb olar. Ana südü körpənin qida və
               sağlamlığı  üçün  mühüm  rol  oynadığı  kimi,  körpələrə  bəzi
               xüsusiyyətlərin ötürülməsində də əsas amil sayılır. İmam Baqir
               (ə)  bu  haqda  buyurur:  “Kütbeyin  qadınları  uşaqlarınıza  dayə
               qərar  verməyin,  çünki  süd  vasitəsilə  kütbeyinlik  və  səfehlik
               onlara keçə bilər”.
               O Həzrət (ə) yenə buyurur: “Övladlarınız üçün gözəl dayələr
               seçin,  çirkin  üzü  olan  dayələrdən  uzaq  durun.  Çünki  süd
               (gözəllik və çirkinliyi) ötürəndir”.

               Uşaq və sevgiyə ehtiyac
               Sevgi  -  övladların  körpə  vaxtı  ehtiyac  duyduqları  zərurətdir.
               Ona  lazımi  diqqət  olunmasa,  körpə  düzgün  inkişaf
               etməyəcəkdir.  Bu  sevgi  uşaqlara  müxtəlif  yollarla  ötürülə
               bilər: öpməklə, qucağına götürüb xoş sözlər deməklə, hədiyyə,
               oyuncaq almaqla və sair. İmam Baqir (ə) hər bir fürsətdə öz
               kiçik yaşlı oğlu İmam Sadiqi (ə) qucağına götürməklə və ona
               xoş  sözlər  deməklə  sevgisini  bildirərdi.  Bu  yolla  onun  sevgi
               ehtiyacını ödəyərdi.
               O  Həzrətin  ən  yaxın  səhabələrindən  olan  Muhəmməd  ibni
               Muslim nəql edir: “Mən İmam Baqirin (ə) yanında idim. Bu
   150   151   152   153   154   155   156   157   158   159   160