Page 156 - Islamic Studies 02
P. 156

154) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               zaman kiçik yaşlı övladı Cəfər (ə) gəldi. Onun əlində əsa vardı
               ki,  onunla  oynayırdı.  İmam  Baqir  (ə)  onu  sevərək  qucağına
               götürdü,  sinəsinə  sıxdı.  Ona  dedi:  “Atam-anam  sənə  fəda
               olsun,  əlindəki  çubuqla  pis  iş  görmə  və  oynama”.  Sonra
               buyurdu: “Ey Muhəmməd, məndən sonra o sənin İmamındır.
               Onun  ardınca  get  və  onun  elmindən  istifadə  et.  Allaha  and
               olsun ki, o, həmin Sadiqdir ki, Allahın Rəsulu (s) onun Əhli-

               Beyt (ə) davamçılarının dünya və axirətdə qələbə çalacaqlarını
               və  düşmənlərinin  hər  bir  peyğəmbərin  zamanında  məlun
               olacağını xəbər vermişdir”. Bu zaman Cəfər (ə) gülür və üzü
               qızarır. Sonra İmam Baqir (ə) mənə dedi: “Ona sual ver”. Mən
               ondan  soruşdum  ki,  ey  Allahın  Rəsulunun  (s)  oğlu,  gülmək
               bədənin  hansı  üzvündən  qaynaqlanır.  Cəfər  (ə)  buyurdu:  Ey
               Muhəmməd,  ağıl  -  qəlbdən,  qəm  -  qara  ciyərdən, nəfəs  -  ağ
               ciyərdən,  gülüş  də  dalaqdan  qaynaqlanır”.  Bu  cavabı  ondan
               eşidəndə yerimdən qalxdım və onu öpdüm.”
               Saleh övladı tərifləmək
               Övladı və onun yaxşı işlərini yerli-yerində tərifləmək - onun
               müvəfəqiyyət qazandığını və güclü olduğunu hiss etməyə bais
               olar. Eyni zamanda yaxşı işlər görmək üçün stimula çevrilər.
               Xüsusilə  də,  əgər  tərif  yerində  olarsa  və  övladlarının  layiqli
               rəftarları onlar üçün mühüm olan insanların yanında olarsa.
               Əli  ibni  Həkəm  İmam  Baqirin  (ə)  səhabələrindən  biri  olan
               Tahir haqqında nəql edir. “Mən İmam Baqirin (ə) hüzurunda
               əyləşmişdim. Oğlu Cəfər (ə) onların yanına gəlir. İmam Baqir
               (ə)  onun  haqqında  buyurur:  “O,  Allahın  ən  gözəl
               məxluqudur””. Bu hədisdən göründüyü kimi, İmam Baqir (ə)
               səhabəsinin yanında övladını tərifləyir.
   151   152   153   154   155   156   157   158   159   160   161