Page 153 - Islamic Studies 02
P. 153

Qurani-Kərimdə  övlad tərbiyəsi metodları ./ (151


               edilmişsə o, da olur” deyərdi” (Buxari, Müslim, Əbu Davud,
               Beyhəqi).


               Uşaqlar arasında ayrıseçkilik salmaq
               Ailə kiçik bir cəmiyyətdir. Bu kiçik cəmiyyətin kiçik üzvləri
               arasında bərabərliyə riayət etmək, onların qəlbində paxıllıq və
               qısqanclıq  kimi  hisslərin  meydana  gəlməsinin  qarşısını  alar.
               Haqqları  qorunmuş  uşaq  başqalarının  haqqını  qoruyar,
               paylaşmağı və yardımlaşmağı sevər.
               Peyğəmbərin  (Allahın  ona  salavat  və  salamı  olsun)
               səhabələrindən  olan  Numan  ibn  Bəşir  deyir  ki,  “Atam  öz
               malının bir hissəsini mənə bağışladı. Anam Amrə bint Rəvahə
               isə dedi:  Sən bu işdə  Peyğəmbərdən  (Allahın  ona  salavat  və
               salamı  olsun)  məsləhət  almasan  mən  razılıq  verən  deyiləm!
               Atam  mənə  verdiyi  sədəqəyə  Peyğəmbəri  (Ona  və  ailəsinə
               Allahın  salavatı  və  salamı  olsun)  şahid  tutmaq  üçün  onun
               yanına getdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun)
               ona  dedi:  “Sən  bütün  övladlarına  belə  hədiyyə  etmisənmi?”
               Atam  dedi:  Xeyr.  O  dedi:  “Allahdan  qorxun  və  övladlarınız
               arasında  ədalətli  (mövqedə)  olun”.  Atam  qayıdıb  həmin
               sədəqəni  geri  götürdü.  Digər  rəvayətdə  isə  onun  belə  cavab
               verdiyi deyilir: “Elə isə məni bu işdə şahid tutma. Çünki mən
               haqsızlığa şahidlik etmirəm”. Digər rəvayətdə isə belə cavab
               verdiyi  nəql  olunur: “Sən  istərdinmi  ki, onlar  sənə  qarşı  xoş
               münasibətdə bərabər olsunlar?” Atam dedi: Bəli. O dedi: “Elə
               isə belə etmə” (Buxari, c. 3. S. 45. Müslim, Əbu Davud).

               Doğulandan dərhal sonrakı tərbiyə
               İslamda  tərbiyənin  üstünlükləri  ondadır  ki,  övlad  dünyaya
               gəlməmişdən  qabaq  zəminə  yaradıldığı  üçün  tərbiyə  ilk
   148   149   150   151   152   153   154   155   156   157   158