Page 157 - Islamic Studies 02
P. 157

Qurani-Kərimdə  övlad tərbiyəsi metodları ./ (155


               Nəticə
               Tərbiyə  insan  üçün  ən  mühüm  məsələlərdən  biridir.  Onsuz
               dünya  və  axirət  səadətinə  çatmaq  olmaz.  Məsumlar  (ə)
               həyatları  boyunca  insanların  hidayət  çırağı  olublar.  Onlar
               tərbiyə sahəsində də ən yaxşı nümunədirlər.
               İslamda  tərbiyənin  üstünlükləri  ondadır  ki,  övlad  dünyaya
               gəlməmişdən  qabaq  zəminə  yaradıldığı  üçün  tərbiyə  ilk
               anlardan başlayar. Körpə ana bətnində olanda, onun tərbiyəsi –
               mühit, ananın yediyi-içdiyi, qulaq asdığı, dediyi, gördüyü və s.
               barədə dinimizin bolluca tövsiyələri vardır.
               1.Qulağa  azan  və  iqamənin  deyilməsi  və  körpəyə  Fərat
               suyunun içirdilməsi. İmam Baqir (ə) buyurur: “Yaxşı olar ki,
               körpənin ağzı Fərat suyu ilə açıla və qulağına iqamə oxuna”.
               2.  Əqiqə  və  ad  qoymaq.  İmam  (ə)  buyurur:  “Sizin  dünyaya
               uşağınız gələndə 7-ci günü - əgər oğlandırsa, erkək qoyun və
               əgər qızdırsa, dişi qoyunu - əqiqə qurbanı edin. Onun ətindən
               mamaçaya da verin. 7-ci günü ona ad qoyun”.
               Ad  qoymada  ən  mühüm  cəhətlərindən  biri  də  odur  ki,  yaxşı
               adlar seçilməlidir, xoşa gəlməyən adlardan çəkinmək lazımdır.
               Çünki yaxşı ad övladın xoşbəxtliyinə və xoşa gəlməyən ad isə
               onun nigarançılığına səbəb olar.
               Övlad tərbiyəsində valideynlər əsas rol oynayırlar. Bu rol və
               təsir  hər  bir  yaşda  eyni  səviyyədə  deyildir.  Tərbiyənin  bəzi
               mərhələlərində atanın rolu mühüm olur və bəzi mərhələlərdə
               isə ana aparıcı rol oynayır. Ümumi olaraq, onu demək olar ki,
               körpə  ana  bətnində  olanda  və  süd  yeyən  zaman  ananın
               tərbiyəsi  başlıca  rol  oynayır.  Ancaq  yeniyetmə  dövründən
               sonra, xüsusilə də oğlanlara aid - atanın tərbiyəsi mühümdür.
               Ancaq bu, o demək deyildir ki, körpə süd yeyəndə atanın rolu
               və  ya  övlad  yeniyetmə  olanda  ananın  rolu  mühüm  deyildir.
   152   153   154   155   156   157   158   159   160   161   162