Page 195 - Islamic Studies 02
P. 195
Yasin surəsinin fəzilətinə bir baxış
1
Məhəmməd Əlili
Sevda Rüstəmova
2
Abstrakt
«Yasin» surəsi «Quran»ın ən mühüm surələrindən biridir.
Bunu bir çox hədislər də təsdiq edir. Bu surənin fəziləti o
qədərdir ki, hədislərdə onu «Quranın qəlbi» adlandırmışlar.
Bildiyimiz kimi bu surə Məkkə şəhərində nazil olmuşdur. Elə
buna görə də bu surənin əhatə dairəsi ümumi nöqteyi-
nəzərdən Məkkədə nazil olmuş digər surələrin əhatə dairəsi
kimidir. Yəni tövhid, məad, vəhy, Quran, xəbərdarlıq
(qorxutmaq) və müjdələrdən bəhs edir. «Yasin» surəsini dörd
mühüm hissəyə bölmək olar.
1.İlk hissə İslam Peyğəmbərinin nübüvvətindən, «Qurani-
Məcid»dən, bu kitabın nazil olmasının məqsədindən və ona
iman gətirənlərdən bəhs edir. Bu hissə «Yasin» surəsinin
əvvəlindən başlamış və 11-ci ayəyədək davam etmişdir.
2.İkinci hissə İlahi Peyğəmbər lərin üçünün nübüvvəti, onların
camaatı tövhidə dəvət etməsi və müşriklərlə kəskin
mübarizələrindən söhbət açır. Həqiqətdə isə bu İslam
Peyğəmbərinə öz vəzifəsini yerinə yetirməkdə bir növ
təsəllidir.
3.Ücüncü hissə isə 33-cü ayədən başlayıb 44-cü ayəyə qədər
davam etmişdir. Bu hissə tövhidi məsələlər və Uca Tanrının
1. Xüsusi Hüquq elmləri üzrə ilahiyyat elmləri namizədi, Beynəlxalq hüquq
fakültəsinin magistrantı, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum,
İran.
2. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.