Page 197 - Islamic Studies 02
P. 197
Yasin surəsinin fəzilətinə bir baxış./ (195
daxil edər, onu qüsl edərək, otuz min mələk onun üçün istiğfar
deyərək, Allahdan bağışlanmaq diləyər. Allah-Taala onun
qəbrini gözləri görəcək yerədək, geniş edib, onu qəbrin
darlığından xilas edər...»
Buna görə də hər bir müsəlman Yasin surəsinə xüsusi diqqət
yetirməli və onu düşünərək, anlayaraq və əməl edərək
öyrənməlidir.
«Yasin» surəsi müxtəlif dövrlərdə bir çox alimlər tərəfindən
təfsir edilmiş və bu mübarək surəyə ayrıca tədqiqat əsərləri,
məqalə və şərhlər həsr olunmuşdur.
83 ayədən ibarət olan bu surə özündə nübüvvətə və məada,
Allahın tövhid dininə dəvətə dair ilahi kəlamları əhatə etməklə
yanaşı, həm də bir sıra qiymətli elmi fikirlər ehtiva edir.
Bu mübarək surədə Günəşin, Ayın və başqa səma cisimlərinin
hərəkətinə dair elə qiymətli fikirlər söylənilmişdir ki, onlar
Avropa elminə yalnız əsrlər keçdikdən sonra mə’lum
olmuşdur. Heliosentrik nəzəriyyənin geosentrik nəzəriyyə ilə
müqayisədə elmdə inqilab olduğunu iddia edən alimlər
«Qurani–Kərim»lə tanış olduqdan sonra həmin fikrin Allah
kitabında olduğunu görüb bundan öz heyrətlərini gizlədə
bilməmişlər.
«Yasin» «Qurani–Kərim»in başqa surələri kimi həmişə
təfsirə, şərhə ehtiyac hiss edir. Çünki zaman keçdikcə,
bəşəriyyətin əqli səviyyəsi yüksəldikcə, elmi kəşflər artdıqca
«Quran»ın ilahi kəlamları, buradakı universal həqiqətlər hər
dövrün elmi nailiyyətləri əsasında izah edilib insanlara
çatdırıldıqda Allah kəlamının mütləq gerçəkliyi və
cahanşümul əzəməti bir daha göz qarşısında canlanır.