Page 196 - Islamic Studies 02
P. 196

194) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

                bu  dünyada  olan  gözəl  və  əzəmətli  nişanələri  ilə  doludur.
                Surənin axırında da bunlara işarə olunur.
                4.Nəhayət, sonuncu hissədə məada aid olan məsələlər məadı
                sübut edən müxtəlif dəlillər, öləndən sonra yenidən dirilmək,
                qiyamət gününün hesabı,  dünyanın axırı və eləcə də Cənnət
                və Cəhənnəmdən söhbət gedir. Bu hissədə diqqəti cəlb edən
                çoxlu məsələlər var. Bu dörd hissədə qafil insanları ayıltmaq

                üçün və  eləcə də onların diqqətli  olması üçün tə’sirli  ayələr
                vardır. Qısaca desək,  bu  surədə  insan  müxtəlif  səhnələrlə, o
                cümlədən  xilqət  (yaranış),  qiyamət,  həyat,  ölüm,  qorxutmaq
                və müjdələrlə üzləşir. Bunların hamısı isə ümumilikdə insan
                ruhunu ayıldan və ona şəfa verən bir nüsxədir.

               Ön Söz
               Yasin surəsi  (Məkkədə nazil  olmuşdur, 83  ayədir). Adını ilk
               misra olan " Ya - Sin " hərflərindən alır . Xalq arasında Yasin
               ölən şəxsin arxasınca oxunur. İslam peyğəmbəri Məhəmmədin
               bu  surəni  "Quranın  ürəyi"  adlandırdığı  üçün  müsəlmanlar
               arasında  əhəmiyyətli  bir  yerə  sahibdir.  Həzrət  Rəsuli-Əkrəm
               (s)  buyurur:  «Hər  kəs  «Yasin»  surəsini  Allah  rizayəti  üçün
               oxusa,  Allah-Taala  ona  Qurani-Kərimi  on  iki  dəfə  tilavət
               edənlərin əcrini yazar.»
               Həzrət  İmam  Cəfər  Sadiq  (ə)  bu  mübarək  surənin  tükənməz
               xətir         bərəkəti           barədə          (ə)         buyurur:
               «Həqiqətən  hər  bir  şeyin  qəlbi  vardır.  Quranın  da  qəlbi
               «Yasin»  surəsidir.  Elə  isə  hər  kəs  gündüz  (gecə  düşməzdən
               əvvəl)  «Yasin»  surəsini  oxusa  o  gün  Allah-Taala  onu
               bəlalardan  hifz  etmiş  və  ruzi  əta  etmiş  olar.  Hər  kəs  gecə,
               yatmazdan  əvvəl  bu  mübarək  surəni  qiraət  etsə,  Haqq-Taala
               onu  rəcim  (qovulmuş)  olan  şeytanın  şərrindən  və  hər  cür
               bəlalardan hifz etmək üçün min ədəd mələyi vəkil qərar verər.
               Əgər  həmin  gün  o, dünyadan  köçsə  Allah-Taala  onu  behiştə
   191   192   193   194   195   196   197   198   199   200   201