Page 198 - Islamic Studies 02
P. 198
196) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Giriş
İslam peyğəmbəri (s) buyurmuşdur: “Yasin surəsinin
1
ümmətimin qəlbində yer almasını cox sevmişəm“ .
On dörd əsr ərzində oxunan və quranın cox sevilən surəsi,
quranın urəyi adı ilə tanınan məhz yasin surəsidir. Niyə məhz
yasin surəsi quranın ürəyi kimi tanınıb? İslam peyğəmbəri
buyurmuşdur: “Quranda bir surə vardır ki, bütün qəlblərə
2
şəfadır. O, yasin surəsidir “ .
İmam Sadiq (ə) buyurmuşdur: “Övladlarınıza yasin surəsini
3
öyrədin. Çunki o, quran reyhanəsidir” . Bu surədə bir çox
mətləblər vardır ki, irəli getdikcə bilmədiyimiz yeni məsələlər
ortaya çıxır.
Şair demişkən: “Dərya suyunu içə bilməsəkdə, heç olmasa
damcısından dadaq“
Yasin surəsi hədislərdə
4
Yasin, Quranın qəlbidir.
5
Yasin, Quranın adlarından biridir.
6
Yasin, peyğəmbərin adlarından biridir.
7
Yasin, İmam Əlinin (ə) adlarından biridir.
Yasinin bir adı Muəmmadır (bütün oxuyanlara, dünya və
8
axirət xeyri verən).
Yasinin başqa bir adı da, dafiə və qaziyədir (pislikləri
9
uzaqlaşdıran, istəkləri qəbul etdirən).
1 Bəharul ənvar. Cild 92. Səhifə 291.
2 Təfsiri kəşşaf. Cild 4. Səhifə 32.
3 Bəharul ənvar. Cild 92. Səhifə 291.
4 Təfsiri kəşşaf. Cild 4. Səhifə 471.
5 Bəharul ənvar. Cild 89. Səhİfə 277.
6 Yasin sur. Ayə 3 və 4.
7 Əttar Nişapurinin şerinin məzmunu.
8 Xəvassul ayat kitabı.
9 Yasin surəsini təfsirinə əsasən.