Page 200 - Islamic Studies 02
P. 200

198) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

                 Yasinda adı çəkilən dəstə
               Allah  –  taala  Türkiyənin  indiki  Antakiya  şəhərinə  əvvəl  iki
               peyğəmbər,  sonra  isə  bir  peyğəmbər  də  göndərmişdir.  Bu
               peyğəmbərlər şəhərin girəcəyində bir kişinin xəstə olan oğluna
               şəfa vermişdilər. O kişi də Allahı qəbul etmişdir. Camaat  isə
               onların da adi insanlar kimi olduqlarını bəhanə gətirərək, qəbul
               etməyib  onları  öldürdülər.  İmanlı  bir  kişi  şəhərin  uzaq

               məntəqəsində sürətlə kafirlərin yanına gəlib, dedi: “Ey mənim
               tayfam!  Dəvətlərinin  müqabilində  sizdən  heç  bir    şey
               istəməyən, Allahın göndərdiyi  peyğəmbərlərə tabe olun. Mən
               onların  dəvətini  qəbul  edib,  mömin  olmuşam  və  Allah  məni
               sevdiklərindən  qərar    vermişdir”.  Camaat  isə  bu  kişinin
               sözlərinin  tam  əksinə  olaraq,  onu  ölənə  kimi  daşa  basdılar.
                                                                       1
               Nəhayət    o,  can  tapşıraraq  dünyasını  dəyişdi.    Yaxud  onu
               ölənə kimi təpikləmişlər. Quranı – Kərimi təfsir edən alimlərin
                                                                          2
               fikrincə bu imanlı kişi, Həbibi ibn Nəccar olmuşdur.
               Qeyd: Mukrim yəni sevilmiş, əzizlənmiş mənasındadır. Allah
               bu  sifəti  mələklərə  aid  edib.    Amma  Allah  –  taala  bu  sifəti
               həmdə  Həbib  ibn  Nəccara  da  aid  etmişdir.       3   “Allah  məni
                                                                        4
               sevdiklərindən, əzizlədiklərindən qərar vermişdir”
               Bu  inadkar    və  peyğəmbər  öldürən  tafyanın  sonu,  cox
               acınacaqlı  oldu.  Asimandan  dəhşətli  səsin  gəlməsi  ilə,hamısı
               məhv oldu.
               Bu  səsin  nə  və  necə  olması  barədə  müxtəlif  fikirlər  vardır.
               Qulaq batıran gurultulu ildırımdan, dağıdıcı zəlzələdən, ya da
               sırf səsin özündən ölüblər.
                                             5


               1 Yasin surəsi. Ayə 13 dən 27-yə kimi. Təfsiri Qurtubi və Peyğəmbərlər tarixi.
               Əllamə Məclisinin. Cild-1.
               2 Məcməul bəyan təfsiri.
               3 Ənbiya surəsi. Ayə 26.
               4 Yasin surəsi. Ayə 27.
               5 Təfsiri numunə. Cild 18. Səhifə 347.
   195   196   197   198   199   200   201   202   203   204   205