Page 199 - Islamic Studies 02
P. 199

Yasin surəsinin fəzilətinə bir baxış./ (197


               Yasinin  başqa  bir  adı,  Həbibi  Nəccardır  (Ali  –  yasinin
                          1
               mömini).
                                               2
               Yasin, məsumlar deməkdir.
               Yasin, Tövratda “ Bütov Quran ” (məxluqatın toplumu)  kimi
                        3
               tanınıb.
               Yasin,  bir  cümlədə  Quranın  əzəmətini  və  Həzrəti
                                                                4
               Muhəmmədin (s) peyğəmbərliyini bildirir.

                 Tövratda Yasin
               İslam  peyğəmbəri  buyurmuşdur:    “Tövratda  Yasin  surəsi,
               məxluqatın toplumu adlanmışdır. Çünki  kim Yasin surəsi ilə
                                                                              5
               ünsüyyətdə olsa, dünya və axirət  xeyri ona şamil olar”.
                 Yasin surəsi Quran simasında
               Bu surə Məkkə şəhərində nazil olmuş, səksən üç ayədən ibarət
               olub, ilk ayəsinin adı ilə adlanmışdır. Bu surənin əsas məqsədi,
               əqaid  yəni  ideologiyadır.  Hədislərdə  övladlara  öyrətmək  və
               dünyasını  dəyişmiş  insanlara  hədiyyə  etmək  göstəriş
               olunmuşdur.  Bu  surə  muqattaə  hərfindən  sonra,  hikmətli
               qurana  and  içməklə  başlar,  peyğəmbərin  (s)  düzgün  yolda
               olmasının təsdiqi və üç peyğəmbərin peyğəmbərlik missiyaları
               ilə davam edir  (on üçünçü ayədən iyirminci ayəyə qədər). Bu
               surənin  bəzi  ayələrində  Allahın  təkliyinin  nişanələrindən,
               cənnət  –  cəhənnəmdən,  qiyamət  haqqında  olan  suallara
               cavabdan danışır.




               1 Yasin surəsi. Ayə 20, 21, 22, 24.
               2 Əmali. Səhifə 667.
               3 Məcməul bəyan. Cild 4. Səhifə 413.
               4 Yasin surəsi. Ayə 2, 3.
               5 Məcməul bəyan. (yasin surəsinin təfsiri)
   194   195   196   197   198   199   200   201   202   203   204