Page 205 - Islamic Studies 02
P. 205
Yasin surəsinin fəzilətinə bir baxış./ (203
9 – cu ayənin xeyri: Xəstəlikdən uzaq olmaq istəsən, bu ayəni
ağ istiota oxusun və oda atsın.
10 – cu ayənin xeyri: Nəyəsə qələbə çalmaq üçün, göyərçinin
lələyinə bu ayəni oxuyub qəbirstanlıqda basdırsın.
11 – ci ayənin xeyri: Dil bağlamaq üçün bu ayəni köhnə qəbir
torpağına oxuyub, palçıq etsin.
12 – ci ayənin xeyri: Hakimlərin gözündə uca olmaq üçün, bu
ayəni müşk və zəfəranla yazıb üstündə saxlasın.
13 – cü ayənin xeyri: Bəxt açmaq üçün, bu ayəni kağıza yazıb
gülabla yuyub için.
(14 – cü ayənin xeyri barədə məlumat əldə edə bilmədim)
15 – ci ayənin xeyri: Ekzema və çiçək xəstəliklərindən
sağalmaq üçün, bu ayəni müşk və zəfəranla yazıb üstündə
saxlasın.
16 – cı ayənin xeyri: Xəstəliklərinin əlacı üçün, bu ayəni müşk
və zəfəranla yazıb üstündə saxlasın.
17 – ci ayənin xeyri: Düşmənçiliyin yox olması üçün, bu ayəni
yazıb üstündə saxlasın.
18 – ci ayənin xeyri: İnsanı yaxud heyvanı sakitləşdirmək
üçün, bu ayəni sarı rəngli kağıza yazıb ona bağlasın.
19 – cu ayənin xeyri: Doğum çətinliyi olarsa, bu ayəni gülabla
yazıb yusun və içsin.
20 və 21 - ci ayələrin xeyri: Oğlan uşağı olmayan bir şəxs bu
ayəni müşk və zəfəranla yazıb, üstündə saxlasın.
22 – ci ayənin xeyri: Hansısa qadının şərrindən amanda
qalmaq üçün, qadının adını yazmaq şərti ilə ayəni yazıb,
üstündə saxlasın.
23 – cü ayənin xeyri: Hər hansı bir xəstəlikdən amanda qalmaq
üçün bu ayəni yazıb, suya atmaq və üç gün suyunu içsin.