Page 203 - Islamic Studies 02
P. 203

Yasin surəsinin fəzilətinə bir baxış./ (201


               9)Heyvanlar.
               10)Qiyamət.
               11)Haqqa dəvət.
               12)İlahi rəhbərlik.
               13)Hər şeyin Allah qüvvəsində olması.
               14)Hamının Allaha tərəf qayıtması və s... .

                 Yasin surəsi on dörd məsumun xatirəsi
               İslamın     böyük      alimlərindən     olan  Ayətullah        Seyyid
               Əbdulkərim  Kəşmiridən  sual  soruşurlar  ki,  nəyə  görə  Yasin
               Quranın  qəlbi  sayılır?  Alim  buyurdu:  “On  dörd  məsumun
               xatirinə“ . Cünki biz Yasin deyərkən, təzim edərək  “sallallahu
               ələyhi və əlih” (Allahın salam və salavatı olsun peyğəmbərə və
               onun    əhli  –  beytinə)  deyirik.  Ona  görədə  bu  surə  on  dörd
               məsumla  əlaqəlidir. Necə ki, biz  peyğəmbər  adını  eşidərkən,
               tək  peyğəmbərə  deyil,  həm  də  onun    əhli  –  beytinə  salavat
               deyib, yad edirik. Yenədə sual soruşdular ki, bəs Yasinin qəlbi
               nədir?  Buyurdu:    “Yasin  surəsinin  58  –  ci  ayəsi“  .  “Cənnət
                                                                  1
               əhlinə rəhimli Allahdan salam  deyiləcək ”.  Bu ayəni bir az
               izah  etmək  üçün,  Saffat  surəsinin  130  –  cu  ayəsinə  baxsaq,
               Allahın  peyğəmbər  ailəsinə  salam  göndərməsini    görərik.
               Deməli Yasin surəsinin 1 və 58 – ci ayəsi, Saffat surəsinin 130
                                                                           2
               – cu ayəsi Əhli – beytə də aid olmasını anlamaq olar.







               1 Yaxşıların isığı. Səhifə 91.
               2 Pişavər gecələri. Cild 1.
   198   199   200   201   202   203   204   205   206   207   208