Page 204 - Islamic Studies 02
P. 204
202) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Qeyd
1)Saffat surəsinin 130 – cu ayəsində qeyd edilən “ali yasin”
kəlməsi barədər digər fikir də bidur ki, məqsəd “İlyas”-dır.
2)Hədislədə ayələr haqqında qeyd edilən istək və duaların
qəbul olunması üçün, yalnız ayələri oxumaq kifayət deyil.
İstəklərin yerinə yetməsi üçün, əməl və etiqadın düzgün olması
önəmli şərtlərdəndir. Bu ayələr günahların bağışlanmasına,
ruzinin artmasına, duaların qəbul olmasına bir vasitədir. Yəni
bu ayəni oxuyub sonra günah etməklə, bu istək yerinə yetməz.
Yasin surəsinin səksən üç əlacı
Yasin surəsininin 83 ayəsi vardır. Bu ayələrdə bir çox
xüsusiyyətlər vardır. Yaxşı olar ki, bu xüsusiyyətlərlə tanış
olaq və onları öz həyatımızda çətinliklərimizin həlli üçün
istifadə edək.
1 – ci ayəsinin xeyri: Günahların bağışlanması və şəfaət üçün,
141 dəfə Yasin de.
2 – ci ayəsinin xeyri: Nemətin bol olması üçün, ayəni hər gün
100 dəfə de.
3 –cü ayənin xeyri: Dəli və epileprsiya xəstəsinin sağalması
üçün, ayəni xəstəyə 131 dəfə oxu və pilə.
4 – cü ayənin xeyri: Allahın dostu və sevimlisi olmaq istəyən,
sübh namazından sonda bu ayəni 100 dəfə oxusun.
5 – ci ayənin xeyri: Padşahlara təsir etmək istəyən, 40 gün
subh namazından sonra bu ayəni oxusun.
6 – cı ayənin xeyri: Düşmənin şərrindən amanda qalmaq üçün,
bu ayəni üstündə saxlasın.
7 – ci ayənin xeyri: Tək qalanda qorxan, bu ayəni 100 dəfə
oxusun.
8 – ci ayənin xeyri: Nəyəsə hakim kəsilmək istəyən, bu ayəni
üzüyünə yazdırsın.