Page 201 - Islamic Studies 02
P. 201

Yasin surəsinin fəzilətinə bir baxış./ (199


                 Yasinin oxunmasında olan savablar
               Yasini  oxumaq,  on  iki  dəfə  Quranı  xətm  etməyə  bərabərdir.
                                                                              1
               Dünya və axirət səadətinə nail olar və rahat can verər.   İmam
               Sadiq  (ə)  buyurmuşdur:    “Həqiqətəndə  hər  bir  şeyin  qəlbi
               vardır. Quranında qəbi, Yasin surəsidir. Hər  kim gündüz  və
               gecə  oxusa    Allah  onu  hər  növ  şeytanın  şərrindən  Amanda
               qalması üçün, min mələk göndərər. Əgər həmin gün dünyasını
               dəyişərsə,  Allah  onu  cənnətə  daxil  edər.  Onun  quslu  vaxtı,
               otuz  min  mələk  orda  olar.  O  mələklərin  hamısı  onun  üçün
               Allahdan bağışlanmaq dilərlər. Onu qəbrə yola salarlar. Qəbrə
               qoyulan vaxt  o mələklər, qəbrin kənarında olarlar. İbadət edib,
               savabını ona hədiyyə edərlər. Onun qəbr əzabından  amanda
               qalması üçün, dua edərlər. Onun qəbrindən həmişə nur çıxar.
               Qiyamətdə onu sirat körpüsündən keçirib peyğəmbər, imam və
               mələklərdən  başqa  heç  kimin  məskunlaşmadığı    bir  yerdə
               məskunlaşdırarlar. Orada heç bir qorxusu, narahatçılığı olmaz.
               Allah ona belə buyurar: Ey mənim bəndəm, sənə şəfaət etdim.
                                            2
               İstədiyini deyə bilərsən ”.


                 Yasin Quranın qəlbi
               Yasin surəsi Quranın 36 – cı surəsi, 733 kəlmə və 3068 hərf,
               başqa  rəvayətə  əsasən  729    kəlmə  və  3000  hərf,  yaxud  727
               kəlmə,  3555  hərf  vardır.  Hədislərə  əsasən  Yasin  surəsi
               Quranın  savablı  və  fəzilətli  surələrindəndir.  O  dörd  məsuma
               aiddir.  Onu  gündüz,  cümə  axşamında  və  gecələr  oxumaq,
               xüsusəndə  dünyasını  dəyişmiş  insanlara  savabını  hədiyyə
               etmək  çox  sifariş  və  təkid  olunmuşdur.  Peyğəmbərimiz


               1 İki min müstəhəbb və məkruh. Səhifə  52
               2 Məfatihul hacat. Səhifə 269.
   196   197   198   199   200   201   202   203   204   205   206