Page 202 - Islamic Studies 02
P. 202
200) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
hədisində, Yasin surəsini dünyasını dəyişmiş yaxınlarımız
üçün oxumağı tövsiyə etmişdir. Bu sadalanan cəhətlərə görə
Yasin Quranın qəlbi kimi tanınıb. Baxmayaraq ki, Quran –
Kərim özü İlahi bir möcüzədir. Amma Yasin surəsinin xüsusi
üstünlükləri vardır. Əhlibeytdən (ə) rivayət olunmuş hədislərə
əsasən, “Quranın qəlbi” bu surə üçün ən yaxşı addır. Necə ki,
Quranın anası Fatihə surəsi, gəlini Ərrahmən surəsi və
ayələrinin çoxluqu baxımından Quranın seyyidi və ağası
Bəqərə surəsidir.
Dünyanın qəlbi
Dünyanın qəlbi, Məhəmməd peyğəmbərin (s) varlığıdır. Bu
haqqda Quran buyurur: “Biz səni, yalnız aləmlərə rəhmət
olaraq göndərdik” . (Ənbiya surəsi. Ayə 107). Hamıya
aydındır ki, yaradılmışların ən üstünü insandır. Allah ona ağıl
verməklə digər yaradılmışlardan fərqlənmişdir ki, “ondan
başqa heç kimə ibadət etməsinlər” (Zariyat surəsi. Ayə 56).
Aləmlərin əşrəfi olan sonuncu peyğəmbər, Allahı ilk
taniyandır deyə Qurani – Kərim onun qəlbinə nazil olmuşdur.
Deməli dünyanın qəlbi peyğəmbərdir. Əgər o olmasaydı aləm
yaranmazdı. Bununlada Yasindən məqsəd peyğəmbər olması
mümkündür. (doğrusunu Allah bilir).
Yasin surəsinin mövzuları
Yasinin surəsi bir çox mövzulardan söhbət aşır. O cümlədən:
1)Məad.
2)Allahtanıma.
3)Peyğəmbərlər.
4)Kafirlər - Müşriklər.
5)Cənnətlilər– cəhənnəmlilər.
6)Qidalar.
7)Hər şeyin cüt yaranması.
8)Gəmi və digər minik vasitələri.