Page 231 - Islamic Studies 02
P. 231
Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (229
və iman olmalıdır. Ayətəl-kursidə buyurulur: «Hər kəs Şeytanı
[və ya bütləri] inkar edib Allaha iman gətirərsə, o artıq
[qırılmaq bilməyən] ən möhkəm bir ipdən [dəstəkdən]
yapışmış olur.»
Quran burada da birinci küfrün, sonra isə imanın adını çəkir.
Səid ibni Ənsari Peyğəmbərin (s) səhabələrindən biri
olmuşdur. Peyğəmbər (s) onun barəsində söyləmişdir: Səid
qeyrətli bir şəxsdir, mən ondan qeyrətliyəm və Allah da
məndən qeyrətlidir.
«Allah məndən də qeyrətlidir» sözünün mənası o deməkdir ki,
O, heç vaxt özünə şərik qəbul etmir. Allah-təala insanlardan
yalnız Onun qarşısında təslim olub, başqa heç bir şeyə baş
əyməməyi tələb edir. Ona şərik qoşulmamalıdır. Həm Allaha,
həm də onun ziddinə təslim olmaq qeyri-mümkündür.
İmanda agahlıq, rəğbət və meyl, təslim olmaq, tağuta (Allahın
ziddinə) küfr bəsləmək ünsürlərinin hamısı bir yerdə cəm
olmuşdur. «İman elm və agahlıqdan daha genişdir» ifadəsinin
mənası da məhz budur.
İman və İslamın fərqi
Qurani-Kərim: «Bədəvi ərəblər dedilər: «Biz iman gətirdik.»
De: «Siz iman gətirmədiniz. Ancaq İslamı qəbul etdik deyin.
1
İman hələ ki, sizin qəlblərinizə daxil olmamışdır.»
Bu ayələrdən məlum olur ki, Allah-təala kəlmeyi-şəhadəti
söyləyən, amma bunu təmənna üzündən edən şəxsləri mömin
deyil, müsəlman saymağa icazə verir. İslam imanın yalnız
zahiri tərəfidir. İnsan kəlmeyi-şəhadəti söyləmək və
nümayişkaranə şəkildə ibadətləri yerinə yetirməklə müsəlman
sayılar, bununla da özünü təhlükə və məhrumiyyətlərdən
1 Hucurat, ayə 14