Page 233 - Islamic Studies 02
P. 233
Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (231
Bu gun dunya, insanları muxtəlif duşuncələrə və əqidələrə
sövq etmək uçun çox geniş surətdə təbliğ vasitəsindən istifadə
etməkdədir. Muxtəlif dinlərin numayəndələri təbliğat vasitəsi
ilə camaatı öz ardıcıllarından etmək istədiklərinə görə öz
duncələrini onlara yeritməyə çalışıllar.
Amma İslamda təbliğin məqsədi camaatı İslamin hökumləri
ilə, ilahi maariflə tanış etmək, möminlərə mujdə vermək,
muxalifləri qorxutmaq, və çəkindirməkdir. Qurani-Kərimdə
təbliğ uçun “xəbərdarliq”, “çatdirmaq”, “mujdə”,
“qoruxutmaq”, “hidayət”, “yol göstərmək”, “dəvət”,
“yaxşiliqlara dəvət pisliklərdən çəkindirmək” kəlmələri
işlənmişdir ki, bunlarin hər biri, təbliğin bir yönunə işarə edir.
Mübəlliğin şəraiti
Diqqət etmək lazımdır ki, ümumiyyətlə dini mənbələrimizdə
yaxşılıqlara çağırıb, pis işlərdən çəkindirməyin xüsusi şəraiti
vardır. Peyğəmbərin (s) buyruqlarına əsasən, din
təbliğatçısının, bəzi xüsusiyyətlərə malik olmadan belə bir
məsuliyyətli işi əncam verməyə haqqı yoxdur:
1- Dəvət etdiyi yaxşı işləri və çəkindirdiyi pis işləri doğrudan
tanıya bilsin.
2- Əmr etdiyi yaxşı işlərdə və çəkindirdiyi pis işlərdə ədalətli
olsun.
3- Həlim və mülayimliklə yaxşı işlərə əmr edib, pis işlərdən
çəkindirsin.
4- Qarşı tərəfin bir daha pis əməlini təkrar edəcəyini bilsin.
5- Özü də əməl sahibi olsun.
Bir sözlə, yaxşı əməllərə dəvət edib, pis əməllərdən çəkindirən
1
şəxs, bunu gözəl tərzdə etməlidir. Emosiyadan və hissiyyatla
1- Kənzül-ümmal, səh. 5523