Page 232 - Islamic Studies 02
P. 232
230) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
qoruyar. Amma bu, onun əqidəsinin saf olub-olmamasını
aşkara çıxarmaz. Hədislərdə deyilir: “İslam odur ki, onun
vasitəsilə canlar qorunar, əmanətlər sahibinə qaytarılar,
izdivaclar halallaşar. Amma savab imana görə verilər”. Həzrət
Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “İslam aşkardır,
iman isə qəlbdə gizlidir”.
Bütün möminlər müsəlmandırlar, lakin bəzi müsəlmanların
mömin olmamaları mümkündür. Hədislərdə İslamı Məkkədəki
Məscidül-hərama, imanı isə həmin məscid daxilində yerləşən
Kəbə evinə bənzətmişlər. Kəbəyə girən hər kəs Məscidül-
həramın daxilində hesab olunur. Amma Məscidül-həramın
daxilində olan hər kəs Kəbənin içində sayılmaz. Beləcə,
möminlik məqamına yüksələn hər kəs müsəlmandır, amma hər
müsəlman mömin deyil.
Müsəlman üçün dillə təsdiq və bəzi ibadətlər kifayət etdiyi
halda, mömin şəxs mütləq bütün əməllərini Allahın əmr və
qadağanları əsasında qurmalı, gözəl əxlaqa sahib olmalıdır.
İslam Peyğəmbəri buyurmuşdur: “Möminlərin iman cəhətdən
ən kamili əxlaqca gözəl və ailəsinə qarşı mehriban olandır”.
İmam Əli ibn Əbu Talib (ə) bu barədə demişdir: “İman ürəklə
dərk etmək, dillə təsdiqləmək və bütün bədən üzvləri ilə
1
əməldə həyata keçirməkdən ibarətdir”. Bu üç xüsusiyyət
birləşərək imanı əmələ gətirir. Bunların olmaması isə insanı üç
rəzil dəstənin cərgələrinə aparıb-çıxarır. Ürəkdə səmimi
etiqadı olmayan münafiqdir. İmanını dillə təsdiqləməyən (yəni
inkar edən) kafirdir. Əməldə sübuta yetirməyən isə fasiqdir
(günahkardır).
Dini maarifləndirmənin tərifi
‘‘Təbliğ’’ lüğətdə, hər hansı bir xəbəri munasib və təsirli
vasitədən istifadə etməklə çatdırmağa deyilir.
1 - əl-Kafi, c.1, səh.178 , hədis 2