Page 237 - Islamic Studies 02
P. 237

Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (235


                                                            1
               “Butun bəşəri çəkindirmək uçundur.”
               Buna  əsasən,  o  kəs  təbliğdə  muvəffəq  ola  bilər  ki,  ilk  öncə
               özundə  kamilliyi  yaratsin,  sonar  övladını,  həyat  yoldaşini  və
               öz  qohumlarını  islah  etsin.  Daha  sonra  camaatı  islah  etməyə
               başlasin.


                                                                    Təbliğin hədəfi
               Təbliğin  əsl  hədəf  və  arzusu  Allahın  razılığı  və  insanları
               mənəvi  məqama  ucaltmaqdır.    Ümumiyyətlə,  Tanrının
               peyğəmbərlər  və  imamlar  göndərməsinin  əsl  hədəfi  məhz
               cəhalətlə  mübarizədir. Çünki, hədislərimizdə  də  buyurulduğu
               kimi, cəhalət insanlığın düşmənidir. Nadanlıq hər nə qədər çox
               olsa, insan cəmiyyəti bir o qədər xəstə və sərsəm vəziyyətdə
               olar. İstər  müqəddəslik  cəhaləti olsun, istər  müasirlik-elmilik
               adı  altında  olan  cəhalət  olsun,  istər  nasionalist  (qəbilə-əşirət
               təəssüblü)  düşüncələrlə  olsun,  hansı  qalibdə  olursa-olursa
               olsun fərqi yoxdur. Sanki cahil insan, axmaqlığı üzündən, özü
               də bilmədən, özünə zərər vuran və intihara doğru yönələn bir
               insana bənzəyər.
               Belə  hallarda,  ruhani  qəflətə  düşməməli,  ayıq  olmalıdır  ki,
               "dinə  xidmət  etdiyini"  güman  edib,  onu  təhrik  edən  şəxsin
               qəsbkar hədəflərinə qulluq etməsin. İlahi dininin vahid hədəfi
               vardır:  insanların  mənəviyyatını  zənginləşdirmək,  onları
               paklıq,  qardaşlıq,  qayğıkeşlik,  empatiya,  sevgi  və  əmin-
               amanlıq dolu həyata sövq etməkdir.
                                                       2






               1 - Muddəsir\36
               2 - Din və Təbliğ, PhDr. Tofiq Əsədov, səh 48
   232   233   234   235   236   237   238   239   240   241   242