Page 252 - Islamic Studies 02
P. 252

250) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Nəticə
               İman  və  saleh  əməl  ayrılmaz  iki  qanaddır.  Bir-birilərini
               tənzimləyir və birgə hərəkət edirlər. Biri o biri olmadan heçdir.
               İmandan  güc  alan  ruhani,  üzləşdiyi  çətinliklər  qarşısında
               səbirlidir.  Bəlalara  dözümlüdür.    Həmçinin  nəticə  əldə
               etmədikdə belə, yolundan dönmür, çalışır. Onu tənqid edənlərə
               qarşı  kobud  və  qaba  deyil.  Çünki  özü  haqda  yüksək  fikirdə

               deyil,  özünü  toxunulmaz  və  məsum  bilmir.  Ruhani
               unutmamalıdır ki, bəzən qeyri-sağlam tənqidə, iftiralara məruz
               qala  bilər.  Nadan  insanların  sərt  və  ədəbsiz  davranışları  ilə
               üzləşə  bilər.  Bu  zaman  o,  anlamalıdır  ki,  hər  kəsin  sahib
               olduğu  tərbiyə,  düşüncə,  təfəkkür  qabiliyyəti,  qavrama
               istedadı, eyni deyildir. İnsanların bəzisi öz nəfsinin quludur.
               Qurani-Kərim buyurur:  «De! Ey iman gətirən bəndələr! Öz
               Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edən kəslər üçün
               yaxşı  mükafat  vardır.  Allahın  yeri  genişdir.  Səbr  edənlərin
               mükafatı hesabsız və bütünlüklə veriləcək»
                                                                  1
               İmanından güc alan ruhani qayğıkeşdir. O, dinin buyruqlarına
               əməl etməyənlərə qarşı belə kin-küdurətli deyil, bəlkə onlara
               ürək yanmdırandır. Mehriban, qayğıkeş valideyin kimi baxmır
               övladı  indi  nəyi  xoşlayır,  fikirləşir  ki,  onun  sağlığı,  inkişafı
               üçün  nəyə  ehtiyacı  var.  Allahın  Rəsulu  (s)  buyurur:  "Dinin
               təbliğinə məmur olduğum kimi insanlarla mülayim olmağa da
                                   2
               əmr olunmuşam."  Deməli təbliğ mülayimlik və qayğıkeşliklə
               birgə olmalıdır.
               Dini  insanlara  təlim  verən  ruhani,  insanları  sanki  özü  kimi
               saymalı,  onlara  ürək  yandırmalıdır.  İnsanların  üzləşdiyi
               problemləri  öz  problemi  bilməlidir.  Onların  sıxıntılarını  və
               şəraitini nəzərdə almalıdır. Onların xeyirxahı olmalıdır. Bunu
               səmimi  qəlbdən  Allah  yolunda  etməlidir.  Buna  görə  də,


               1 - Zümər\10
               2- Tühəful-üqul, səh. 48
   247   248   249   250   251   252   253   254   255   256   257