Page 250 - Islamic Studies 02
P. 250

248) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               sizindir.  Beləliklə,  nə  siz  zülm  edərsiniz,  nə  də  sizə  zülm
                          1
               olunar.»
               Əlbəttə, bu o demək deyildir ki, imanlı ruhani halal ruzidən də
               üz  çevirsin.  Xeyir,  əslində  pak  ruzi  elə  mənəviyyatın  bir
               hissəsidir,  maddiyyat  deyil.  Necə  ki,  Qurani-Kərimdə
               buyurulur: «De: Allahın öz bəndələri üçün yaratdığı zinəti və
               təmiz  ruziləri  kim  haram  buyurmuşdur?  De:    Bunlar,

               dünyada iman gətirən üçündür, Qiyamət günündə isə yalnız
                                            2
               möminlərə məxsusdur.»

               Zənn və gümandan uzaqdır
               Qurani-Kərim  buyurur:  «Ey  iman  gətirənlər!  Zənn  və
               gümanların  çoxundan  çəkinin.  Çünki  gümanların  bəzisi
               günahdır.  (Bir-birinizin  eybini,  sirrini)  Arayıb-axtarmayın,
               bir-birinizin  qeybətini  etməyin.  Məgər  sizdən  kimsə  ölmüş
               qardaşının  ətini  yeməyə  razı  olarmı?!  Həmin  işə  ikrahla
               baxdınız. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul
                                          3
               edən və mehribandır.»
               Qurani-Kərimdə insana başqalarını mühakimə etməyə məşğul
               olub, onların  eybləri  haqda  düşünməyə məşğul olmağı deyil,
               öz  eybləri  haqda  fikirləşmək  tövsiyə  edilir:          «Ey  iman
               gətirənlər!  Allahdan  qorxun  və  hər  kəs  öz  sabahı  üçün  nə
               hazırladığına baxsın. Allahdan qorxun ki, Allah etdikləriniz
                                        4
               əməllərdən agahdır.»
               Diqqət etmək lazımdır ki, ruhani mübəlliğ bədgümanlıqdan uzaq
               olduğu  kimi,  özü  haqda  da  sui-zənnin  yaranmasına  şərait
               yaratmaz. Daha diqqətli və ağıllı rəftar edər. Ümumiyyətlə, İslam
               dinini  insanlara  bəyan  edən  ruhani,  özünü  töhmət  məqamında


               1 - Bəqərə\178, 279
               2 - Ə’raf\32
               3 - Hucurat\12
               4 - Həşr\18.
   245   246   247   248   249   250   251   252   253   254   255